Pentaqon məxfi proqramları gizli saxlamaq üçün UNO haqqında dezinformasiya yayıb
ABŞ Müdafiə Nazirliyi onilliklər boyu məxfi hərbi proqramların mövcudluğunu gizli saxlamaq üçün naməlum uçan obyektlər (UNO) və yadplanetli texnologiyalar haqqında bilərəkdən dezinformasiya yayıb.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti rəsmilər, hərbçilərlə müsahibələrə və minlərlə sənəd səhifəsinə əsaslanan araşdırmaya istinadən məlumat yayıb.
Qeyd olunub ki, 1980-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı Nevadada məxfi "51-ci Zona" obyektinin yaxınlığındakı bar sahibinə xüsusi olaraq saxta uçan boşqab fotoşəkilləri ötürüb. Bu, stels təyyarələrinin, o cümlədən forması populyar mədəniyyətdə yadplanetli gəmilərinin xarakterik təsvirlərinə bənzəyən F-117-nin sınaqlarını gizlətmək əməliyyatının bir hissəsi olub. Mənbələrin məlumatına görə, bu cür manipulyasiyalar sistemli olub və yalnız bir hadisə ilə məhdudlaşmayıb.
Araşdırma ABŞ Konqresi tərəfindən yaradılmış AARO (All-domain Anomaly Resolution Office) ofisi tərəfindən aparılıb. Bu qurumun vəzifəsi hökumətin guya yadplanetli texnologiyalarının öyrənilməsi proqramlarını gizlətməsi barədə çoxillik inadlı şayiələri yoxlamaq olub. AARO-nun işi zamanı saxta sənədlərin yayılması, yeni zabitlərin UNO ilə bağlı mövcud olmayan məxfi layihələrə "təqdim edilməsi" və ictimai rəylə manipulyasiya halları aşkar edilib.
Xüsusi diqqət 1960-70-ci illərdə baş vermiş hadisələrə yönəldilib. O zaman Hərbi Hava Qüvvələrinin əməkdaşları guya "havada süzən obyektlər" tərəfindən törədilmiş nüvə raketlərinin sönməsini qeydə alıblar. Lakin AARO-nun nəticələrinə görə, belə sönmələrin səbəbi nüvə zərbəsinin nəticələrini simulyasiya edən elektromaqnit generatorlarının sınaqları olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 681 Tarix: 08 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr