İran Pakistan-Hindistan danışıqlarında vasitəçilik etməyə hazırdır
Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.
"Report"un xəbərinə görə, bunu İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
Qeyd olunub ki, İran Pakistan və Hindistan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş istənilən addımı alqışlayır və bu məqsədə çatmaq üçün vasitəçi rolunu oynaya bilər.
Siyasətçi Şahbaz Şərifin Pakistana səfər dəvətini də qəbul edib və iki ölkə arasında əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.
Öz növbəsində Pakistanın baş naziri Şahbaz Şərif deyib: "Biz Hindistanla sülh və atəşkəs danışıqlarına sadiqik və müxtəlif sahələrdə qırmızı xətlərimizi vurğulamaqla yanaşı, danışıqlar yolu ilə davamlı sülhə nail olmaq üçün Hindistan hökuməti ilə işləməyə hazırıq və İranın bu məsələdə vasitəçiliyini alqışlayırıq. Pakistan hökuməti hesab edir ki, münaqişələrin həlli müharibə deyil, dialoqdur".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 766 Tarix: 08 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabr