Tarixin ən dağıdıcı epidemiyası: "Qara ölüm" - 30 milyondan çox insan niyə öldü?

Tarixin ən dağıdıcı epidemiyası: "Qara ölüm" - 30 milyondan çox insan niyə öldü?Əsrlər boyu, xüsusilə Avropada olmaqla, dünyanı bürüyən və 30-40 milyondan çox insanın həyatına son qoyan vəbanın arxasındakı həqiqət indi üzə çıxır. Alimlər bu görünməz düşmənin təkamülünü addım-addım izləyərək bəşər tarixinin ən qaranlıq dövrlərindən birinə işıq salıblar. Bəs bu ölümcül bakteriya necə sağ qala bildi və nə üçün bu qədər dağıdıcı oldu?

Qaynarinfo xəbər verir ki, orta əsrlərdə Avropa küçələrini qaranlıq bir səssizlik bürümüşdü. Kilsə zəngləri fasiləsiz çalınır, qəbirqazanlar durmadan çalışır, insanlar ümidsiz şəkildə dua edirdi.

Görünməz bir düşmən bədənləri tez bir zamanda zəiflədir, şəhərləri boşaldır və sivilizasiyanın inkişafını dayanma nöqtəsinə gətirir. Bu düşmən tarixə "Qara ölüm" adı ilə düşən vəba idi.

"Qara ölüm" bəşər tarixində qeydə alınmış ən ölümcül epidemiya olaraq qalmaqdadır. 14-cü əsrin ortalarında başlayan bu fəlakət Avropa, Qərbi Asiya və Afrikada milyonlarla insanın həyatına son qoyub.

Yalnız Avropada əhalinin təxminən yarısı bir neçə il ərzində məhv olub. Sosial nizam çökdü, iqtisadi strukturlar sarsıldı və insanlıq dərin bir travma yaşayıb.

Epidemiyanın genetik şifrəsi açılır

Müasir genetik tədqiqatlar bu dağıdıcı epidemiyanın uzunmüddətli təsirlərini daha yaxşı anlamağa kömək edir. Məlum olub ki, Yersinia pestis bakteriyasındakı tək bir gen zamanla təkamül edərək daha davamlı və qalıcı hala gəlib. Bu kiçik genetik dəyişiklik bakteriyanın həm sağ qalmasını, həm də geniş coğrafiyalara yayılmasını təmin edib.

Tədqiqatlar pandemiyaların insan cəmiyyətlərinə necə daxil olduğunu, niyə bu qədər ölümcül olduğunu və fərqli virulentlik səviyyələrinin necə ortaya çıxdığını anlamaqda mühüm rol oynayır. Alimlərə görə bu nəticələr gələcəkdə bənzər fəlakətlərin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır.

Kanadadakı MakMaster Universiteti ilə Fransadakı "Pasteur" İnstitutunun apardığı araşdırmanın həmmüəllifi professor Hendrik Poynar bu işin antik bir patogenin zaman içindəki dəyişikliyini birbaşa tədqiq edən və pandemiyaların davamlılığını müəyyən edən genetik amilləri anlamağa çalışan ilk tədqiqatlardan biri olduğunu vurğulayır.

Vəbanın tarixi yolculuğu

Aparılan genetik analizlər Yersinia pestis bakteriyasının zamanla daha az ölümcül hala gələcək şəkildə təkamül etdiyini göstərib. Bu dəyişiklik onun daha uzun müddət yayılmasına şərait yaradıb. Üç böyük vəba pandemiyası bu dəyişimi açıq şəkildə nümayiş etdirir:

* Yüstinian vəbası (e.ə. 541–750): Bizans imperiyası dövründə meydana gələn bu ilk böyük pandemiya Aralıq dənizi ətrafında böyük insan itkilərinə səbəb olub.

* Qara ölüm (1347–1351): Ən ölümcül dalğa olub, Avropa, Qərbi Asiya və Afrikada 75–200 milyon insanın ölümü ilə nəticələnib.

* Üçüncü pandemiya (1855–1959): Çində başlayaraq bütün dünyaya yayılan bu epidemiya bakteriyanın qlobal təhdid olaraq qalmasını sübut edib. Bu gün də Sahraaltı Afrikada izləri qalmaqdadır.

Laboratoriya təcrübələrində siçanlar üzərində aparılan testlər bakteriyanın təkamüllə daha az virulent hala gəldikcə infeksiyaların müddətinin uzandığını və yayılma potensialının artdığını sübut edib.

Vəbanın Avropadakı dəhşətli təsirləri

1348-ci ildə "Qara ölüm" Londona çatdıqda, şəhər əhalisinin yarısı 18 ay ərzində həyatını itirib. Küçələr boşalıb, kütləvi məzarlar doldu, kilsələr insanlarla dolub-daşıb.

1665-ci ildəki "Böyük vəba epidemiyası" isə şəhəri bir daha diz çökdürüb. Bu dövrdə evlərin qapılarına "Tanrım, bizə mərhəmət et" yazılmış qırmızı xaçlar çəkilir, ailələr evə kilidlənib.

Əsrlərlə Avropada davam edən vəba epidemiyalarının siçanlar və onların daşıdığı gənələr vasitəsilə yayıldığı düşünülürdü. Lakin yeni tapıntılar, xüsusilə Şimali Avropa kimi siçanların geniş yayılmadığı bölgələrdə epidemiyaların sürətlə yayılmasının alternativ yoluxma yolları ilə əlaqəli olduğunu ortaya qoyub.

O dövrdə insanlar demək olar ki, heç çimmədiyi üçün hər kəsin bədənindəki bit və gənələr bakteriyaların yayılması üçün ideal daşıyıcı halına gəlmişdi. Vəba epidemiyası dövründə istifadə edilən uzun dimdikli maskalar tarixin ən ikonik tibbi simvollarından birinə çevrilib. Bu maskalar vəba həkimlərinin üzünü tamamilə örtür, dimdik hissəyə isə lavanda, mixək, sarımsaq kimi ətirli bitkilər qoyulurdu.

Bu tətbiqin məqsədi, o dövrdə vəbanın pis qoxularla (miazma nəzəriyyəsi) yayıldığına inandığı üçün, həkimlərin "zəhərli havanı" udmasının qarşısını almaq idi. Maskalar nə qədər təsirli olmasa da, dövrün tibbi acizliyini və qorxu dolu atmosferini əks etdirən simvol olub.

Müasir dövrdə əks-sədaları və gələcəyə baxış

Bu gün antibiotik müalicəsi sayəsində vəba nəzarət altına alına bilir. Lakin araşdırmalar bu cür epidemiyaların necə inkişaf etdiyini və davamlılıq qazandığını daha dərindən anlamağımıza kömək edir.

Tədqiqatın digər aparıcı müəllifi Xavyer Pisarro-Serda bildirir: "Vəba bakteriyası bəşər tarixində bənzərsiz yerə malikdir. Ona görə də bu pandemiyaların necə yayıldığını anlamaq gələcəkdə qlobal təhdidlərin qarşısını almaq baxımından həyati əhəmiyyət daşıyır... Nəhayət, vəbanın nə olduğunu və özümüzü necə müdafiə edə biləcəyimizi daha yaxşı anlamağa başlayırıq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3417   Tarix: 09 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Adanada 5,0 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi

21 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr