Rusiya vətəndaşlarının İrandan çıxarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin hücumları fonunda rusiyalıların İrandan geri qaytarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
"Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsinə, qrupun mehmanxanada yerləşdirilməsinə və vətəndaşlarımızın Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", - məlumatda bildirilib.
Rusiya XİN-in məlumatına görə, iyunun 14-nə keçən gecə bu ölkənin Tehran və Bakıdakı səfirliklərinin iştirakı ilə 86 nəfərdən (ikisi uşaq olmaqla) ibarət birinci qrup Astara avtomobil buraxılış məntəqəsi vasitəsilə İran və Azərbaycan dövlət sərhədinin quru hissəsini keçib.
"Söhbət rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Qrupda Rusiya vətəndaşlarından başqa Belarus, Latviya, Serbiya, Özbəkistan və Tacikistan vətəndaşları da olub", - məlumatda qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 765 Tarix: 14 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabr