Dilan Polatın mühafizəçisinə xəstəxana qarşısında silahlı hücum
İstanbulun Ümraniye rayonunda, Dilan Polatın müalicə aldığı xəstəxananın qarşısında onun şəxsi mühafizəçisi Alper Ş. silahlı hücuma məruz qalıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bədəninə 3 güllə dəyən mühafizəçi dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə Yamanevler məhəlləsindəki Tevfik İleri Caddesi üzərində yerləşən özəl xəstəxananın qarşısında baş verib. Gün ərzində həmin ərazidə gözlədiyi iddia edilən silahlı şəxs, Dilan Polatın mühafizəçisi Alper Ş.-ni izləməyə başlayıb. Şübhəlinin Alper Ş.-ni bir müddət telefonla məşğul etdiyi, mühafizəçinin avtomobilə minmək istədiyi an isə 7 dəfə atəş açaraq hadisə yerindən qaçdığı bildirilir.
Güllələrdən 3-ü Alper Ş.-nin bədəninə dəyib. Yaralı mühafizəçi Ümraniye Tədris və Araşdırma Xəstəxanasında müalicəyə alınıb. Hadisə yerində araşdırma aparan polis qrupları hücum edən şəxsin tapılması üçün əməliyyatlara başlayıb. Hücumla bağlı araşdırma davam edir.
Dilan Polatın həyat yoldaşı Engin Polat da xəstəxanaya gələrək yaralı mühafizəçinin vəziyyəti ilə bağlı həkimlərdən məlumat alıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1203 Tarix: 17 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabr