Ata iki övladını yataqlarında boğaraq öldürdü

Ata iki övladını yataqlarında boğaraq öldürdüKocaelinin Körfəz bölgəsində baş verən və ictimaiyyətdə böyük rezonansa səbəb olan dəhşətli ailə faciəsinin təfərrüatları ortaya çıxmağa davam edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gecə saatlarında şübhəli şəkildə küçədə gəzən 45 yaşlı Murat R.-ni görən polis əməkdaşları onu saxlayaraq ifadə almaq üçün bölməyə aparıblar. Şübhəli şəxsin qeyri-adi və çaşqın davranışları, "Uşaqlarımı cənnətə göndərdim, özüm də bura gəldim" kimi sözləri polis əməkdaşlarının diqqətini çəkib.

Daha sonra Murat R.-nin Esentepe məhəlləsində yerləşən anasının evinə baxış keçirilib. Evdə onun iki övladı – 13 yaşlı Beril Yağmur və 10 yaşlı Yunus Emre R.-nin cansız bədənləri aşkar olunub. Meyitlər morqa təhvil verilib, aparılan tibbi ekspertiza nəticəsində hər iki uşağın boğularaq öldürüldüyü müəyyən edilib.

Hadisədən dərhal sonra saxlanılan Murat R., 5 ay müddətində ruhi-əsəb xəstəxanasında müalicə aldıqdan sonra həbsxanaya köçürülüb. Məhkəmədə verdiyi ifadədə o, hadisəni xatırlamadığını, həyat yoldaşı ilə münasibətlərinin gərgin olduğunu və psixoloji durumunun pozulduğunu bildirib. Onun hadisədən sonra yazdığı məktubda isə uşaqlarına dərin sevgi dolu və dramatik sözlər yer alıb:

"Mələk övladlarım mənim… Bu dünyada sizdən başqa heç kimim yoxdur. Mən həm atasız, həm anasız böyümüşəm. Sizi heç kimə möhtac etmərəm. Sizi bu dünyanın insanlarına əmanət edə bilmərəm. Artıq siz mənim içimdə mələk kimi yaşayacaqsınız…"

Kocaeli 4-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə, SEGBİS bağlantısı təmin olunmadığı üçün təqsirləndirilən şəxs dinlənilə bilməyib. Onun vəkili daha əvvəl təqdim olunan "tam cəza məsuliyyətinə malikdir" rəyinə etiraz edib və yenidən ekspertiza tələb olunub. Adli Tibb Qurumu 4-cü İxtisas Komissiyasının verdiyi ikinci rəyə əsasən də Murat R.-nin cəza məsuliyyətini dərk etmə qabiliyyəti tam olduğu bildirilib. Məhkəmə, vəkillərin əlavə vaxt tələbi səbəbilə növbəti iclasa qədər təxirə salınıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1942   Tarix: 17 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə

12 sentyabr
.

HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir

Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl

20 sentyabr
.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli

13 sentyabr
.

Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO

Honq-Konqda bir qadın sifariş etdiyi mal əti ilə düyü əriştəsinin içindən canlı siçan balası çıxması ilə böyük şok yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Wah Sing Sənaye Binasında fəaliyyət göstərən Wa Jer Restaurant adlı restoranda baş verib. Qadın 44 Honq-Konq dollarına mal əti il

11 sentyabr
.

Küçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO

Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla

11 sentyabr
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr
.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye

20 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr