Kamilla Diananın adına hazırlanan çantada - "Bu, xəyanətdir"
İngiltərənin Askot şəhərində keçirilən illik at yarışlarının dördüncü günündə kraliça Kamilla britaniyalı dizayner Anna Valentineyə məxsus ağ libas geyinib.
Axşam.az xəbər verir ki, o, görünüşünü mərhum kraliça II Elizavetaya məxsus "Raspberry Pip" broşu və Filip Treysiyə məxsus tüklü şlyapa ilə tamamlayıb. Amma ictimaiyyətin diqqətini çəkən əsas aksesuar — Kamillanın əlində tutduğu açıq rəngli "Lady Dior" çantası olub.
"Dior"un rəsmi saytında bu çanta haqqında qeyd olunur: "Məşhur "Lady Dior" çantası hər zaman Uels şahzadəsi, Ledi Diana ilə bağlı olacaq. 1995-ci ilin sentyabrında Parisdə Böyük Sarayda Pol Sezan retrospektivinin açılışında Fransanın birinci xanımı Bernadet Şirak ona hələ rəsmi olaraq satışa çıxarılmamış və o vaxtlar ‘Chouchou’ adlanan "Dior" çantasını hədiyyə edib.
Bu çanta qısa müddətdə Diananın imzasına çevrilib: o, müxtəlif rəng və ölçülərdə sifariş verir, həm rəsmi tədbirlərdə, həm də gündəlik çıxışlarında istifadə edirdi. 1996-cı ildə "Dior" bu modeli rəsmən "Lady Dior" adlandırıb.
Kral III Çarlz, Diana və Kamilla arasında olan mürəkkəb münasibətlər fonunda Kamillanın bu çantanı seçməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu "uyğunsuz" və "hörmətsizlik" adlandırıblar.
"The Crown" adlı teleqram kanalında yazılıb: "Yaxşı, nə olar, Kamilla Çarlzı əlindən aldı — keçdi, getdi. Amma "Lady Dior"un ürəklərin kraliçasının adını daşıyan çantası ilə görünmək xəyanətin zirvəsidir".
Xatırladaq ki, şahzadə Çarlz (indiki kral III Çarlz) və Diana Spenser 1981-ci ildə evləniblər. Onların iki oğlu olub — Uilyam və Harri. Lakin Çarlzın Kamilla Parker-Boulz ilə davam edən münasibətləri onların nikahını gərginləşdirib. 1992-ci ildə ayrı yaşamağa başlayıblar, 1996-cı ildə isə rəsmi olaraq boşanıblar. Bir il sonra, 1997-ci ildə, Diana Parisdə avtomobil qəzasında vəfat edib.
Kamilla isə o vaxta qədər Endryu Parker-Boulz ilə evli olub. O, Çarlzla 2005-ci ildə Vindsorda bələdiyyə binasında keçirilən mülki nikah mərasimi ilə evlənib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 627 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrSamarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabr