"Hətta qabırğalardan birini tapa bilmədik"

"Hətta qabırğalardan birini tapa bilmədik""Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların ekspertizasının nəticələri məlum olub. İyunun 30-da mərhumların meyitləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirildi və 10-11 radələrində Komissiya tərəfindən meyitlər kriminalistlərin iştirakı ilə müayinə olundu".

"Qafqazinfo" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müayinədən öncə mərhumların tibbi şəhadətnamələri gətirilib: "Müayinə nəticələrinə əsasən, böyük qardaş Hüseyn Səfərovun Rusiyanın verdiyi tibbi şəhadətnaməsindən aydın olur ki, ölümə səbəb travma olub. İkinci qardaş isə ürəktutmadan ölüb.

Biz meyitləri müayinə etdik. H.Səfərova travma küt alətlə yetirilib. Kim tərəfindən, harada olduğu qeyd olunmur. Biz müayinə edərkən çoxlu sayda travma müəyyən etdik. Burun sümüklərinin yerini dəyişən sınığı var idi. Döş qəfəsi deformasiyaya uğrayıb. Assimmetrikdir, göz qapaqlarında 12-14 sm sahədə hematoma müşahidə olunur. Həmçinin üst və alt dodaqlarda, əllərdə, xayalarda qançırlar, alında sıyrıqlar var. Nə ilə vurulduğunu deyə bilmərəm. Başın dərisini aralayarkən geniş qansızmalar, baş - beyinin həm sərt, həm də yumşaq qişasında qansızmalar mövcuddur. Qabırğalarda - 7-8 qabırğada sınıqlar var".

Ə. Həsənov qeyd edib ki, birinci meyitdən fərqli olaraq ikincidə, Z.Həsənovun meyitində travmalar az olub: "Ona görə də ürəktutma səbəb kimi göstərilib. Onların verdiyi şəhadətnamədə göstərilib ki, ölüm ürəyin işemik xəstəliyindən baş verib. Səbəb də ürək-ağciyər çatışmazlığı göstərilib.

Bizim müayinəmiz zamanı hər iki göz, alın, gicgahda qansızmalar var idi. Döş qəfəsində müxtəlif qançırlar var idi. Döş qəfəsi assimmetriyalıdır, deformasiya olunub. Həmçinin xayalıqda xeyli qançırlar və sıyrıqlar da var. Bunlar xarici müayinənin nəticələridir. Daxili müayinə zamanı da birincidə - H.Səfərovda olduğu kimi döş qəfəsində sıxılmalar var, hətta qabırğalardan birini tapa bilmədik. Qarının arxa divarında qansızmalar, hematomalar var idi. Ölümə çoxsaylı travmalarla əlaqədar posttravmatik şok səbəb olub".

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1156   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr