Yuxusundan sonra qəbir qazdı - 72 yaşlı kişi ölümünə hazırlaşır

Yuxusundan sonra qəbir qazdı - 72 yaşlı kişi ölümünə hazırlaşırTürkiyədə qeyri-adi bir hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, kənd sakini, mədən ocağından təqaüdə çıxmış 72 yaşlı Rafet Karakabak bir gecə yuxuda öldüyünü gördükdən sonra səhəri gün qəbiristanlığa gedərək öz məzarını qazmağa başlayıb.

Valideynlərinin məzarlarının yanında boş bir sahə seçən Karakabak, 60 santimetr enində, 1 metr 90 santimetr uzunluğunda və 1 metr 20 santimetr dərinliyində qəbir qazıb. O, qəbirin yanlarını və üstünü betondan hazırlayıb. Təxminən iki gün ərzində saatlarla çalışan Karakabak, bu işi həm vaxt keçirmək, həm də "öldükdən sonra heç kimə yük olmamaq" üçün etdiyini bildirib.

"Yuxuda öldüyümü gördüm. Səhər oyanan kimi valideynlərimin məzarlarının yanına getdim və orada özümə yer seçdim. Yuxunun təsirindən çıxa bilmədim. Öz ölçülərimə uyğun qəbir qazdım. Artıq hər cümə günü gedib orada dua edirəm", – deyə Karakabak bildirib.

Qəbir qazarkən başına maraqlı hadisələr də gəldiyini deyən Karakabak, yaxınlarının əvvəlcə ona inanmadığını deyib. Onlardan birinə məzarın üst beton örtüyünü yerləşdirmək üçün zəng etdiyini, dostunun isə əvvəlcə zarafat etdiyini düşündüyünü qeyd edib:

"Gələcəyini bildiyim üçün qəbrə uzanıb onu gözlədim. Qəbiristanlığa gələndə məni tapa bilmədi. Açıq qəbirə yaxınlaşanda içində uzandığımı görüb qorxdu," – deyə o, yaşadığı hadisəni danışıb.

Kənd sakinlərindən və tanışlarından bəzilərinin bu hərəkətinə təəccüblə yanaşdığını deyən Karakabak, tənqidlərə fikir vermədiyini bildirib:

"Bəziləri deyir ki, "ölməmiş qəbir qazılmaz", "ailən, uşaqların yoxdur?" Mən isə bunlara əhəmiyyət vermirəm. Mən bilirəm ki, ailəm və qohumlarım mənə sahib çıxacaq".

Rafet Karakabak tez-tez məzarına baş çəkdiyini və içində uzandığını deyərək yaxınlarına mesaj da göndərib:

"Ey məni sevənlər, dostlarım – mən buradayam. Məni unutmayın," – deyə o, məzarının ziyarət edilməsini və dua oxunmasını istəyib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1455   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO

İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy

10 sentyabr
.

İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı

İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

14 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb

ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə

21 sentyabr
.

Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb

Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45

12 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr