Meyxanaçı Ağamirzə yeməklə bağlı verdiyi qərarı pozubmu? - "Montajdır"
Meyxanaçı Ağamirzə gündəm olan videosuna aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında verdiyi qərarların onun üçün qanun olduğunu xatırladıb:
"Mən bir il bundan əvvəl söz vermişəm ki, dəvət aldığım televiziya verilişlərində yemək yeməyəcəyəm. Yemək yediyim video isə 15 il bundan əvvələ aiddir. Baxan kimi görünür, indi bunu həmin videoya montaj ediblər. Guya mən vədimi pozmuşam və s. Baxanda mənim həmin videoda cavan olduğum açıq görünür. Mən elə adamam ki, verdiyim sözü pozmaram. Dedimsə, əməl edəcəyəm. Efirlərdə insanların yemək yemə səhnəsi mənə pis təsir edir. İmkansız adam çoxdur, bəlkə biri orada görünən nemətləri illərlə yemir. Günahdır axı. Olmaz belə. Əvvəl olub, amma daha ağlım başıma gəlib, bundan sonra heç bir efirdə nəsə yemərəm".
Ağamirzə Məmmədov dəvət aldığı efirlərə tələb qoyub:
"Tapşırmışam ki, mən olduğum verilişlərdə yemək olmasın. Bir o səhnələrə baxın, görün uzaqdan necə görünür. Dəvət aldığım verilişlərdə mənə görə yemək də verməyiblər. Amma kim istəyir, yemək yeyə bilər".
Qeyd edək ki, sosial şəbəkədə meyxana ifaçısı Ağamirzə Məmmədovun verilişlərin birində bəh-bəhlə yemək yediyi görünən video paylaşılıb. İzləyicilər "verdiyi sözə əməl edə bilmədi" deyə onu qınayıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1218 Tarix: 04 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabr