"Azərbaycan-Özbəkistan arasında münasibətlər həm siyas, həm də iqtisadi, humanitar, nəqliyyat və sosial sahələrdə dərinləşir" - DEPUTAT

"Azərbaycan-Özbəkistan arasında münasibətlər həm siyas, həm də iqtisadi, humanitar, nəqliyyat və sosial sahələrdə dərinləşir" - DEPUTAT"2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında baş tutan yüksək səviyyəli görüş, dost və qardaş ölkələr arasındakı münasibətlərdə yeni bir mərhələnin əsasını qoydu".

Bunu Sonxeber.az.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, Prezident Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı mətbuata verilən bəyanatda Prezident İlham Əliyevin çıxışı, təkcə ikitərəfli əlaqələrin dinamikasını deyil, eyni zamanda bu münasibətlərin regional və beynəlxalq miqyasda artan strateji əhəmiyyətini də bir daha təsdiqlədi:

"Azərbaycan və Özbəkistan arasında imzalanmış "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" münasibətlərin məzmununa və istiqamətinə tamamilə yeni çalarlar qatdı. Prezident İlham Əliyev bu sənədi ölkələrarası əlaqələrin ən yüksək mərhələsi kimi xarakterizə edərək, onun beynəlxalq aləmdə fəal qarşılıqlı fəaliyyət və konkret layihələrlə dəstəkləndiyini vurğuladı. Dövlət başçılarının iştirakı ilə keçirilən Dövlətlərarası Şuranın iclası, məhz bu müttəfiqlik ruhunda qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini əhatə edən geniş müzakirələrin aparıldığı mühüm platformaya çevrildi. Prezident İlham Əliyev öz çıxışında Özbəkistan futbol yığmasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını tarixi uğur kimi qeyd etdi və bu nailiyyəti təbrik etdi. Bu uğurun təsadüfi olmadığını bildirən dövlət başçısı, Özbəkistan rəhbərliyinin xüsusilə gənclərin inkişafı istiqamətində apardığı siyasəti təqdir etdi. İdman uğurları təkcə milli qürur məsələsi deyil, eyni zamanda ölkənin beynəlxalq imicinin formalaşmasında mühüm amildir. Prezident İlham Əliyev Özbəkistanda aparılan dərin iqtisadi və sosial islahatları məmnunluqla izlədiyini və bu proseslərin ölkənin beynəlxalq nüfuzunu artırdığını bildirdi. Xüsusilə sosial sahədə əhalinin rifahına yönəlmiş addımlar və iqtisadi potensialın artması, Prezident Şavkat Mirziyoyevin müdrik rəhbərliyinin nəticəsi kimi dəyərləndirildi. Sahə nazirlərinin iştirakı ilə keçirilən müzakirələrdə iqtisadiyyat, investisiya, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi yolları konkret faktlar və rəqəmlərlə təqdim olundu.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın simvolu kimi fəaliyyət göstərən Birgə İnvestisiya Fondu artıq praktiki mərhələyə keçib. Kənd təsərrüfatı, mehmanxana biznesi, energetika və sənaye sahələrində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək layihələr, ölkələr arasında qarşılıqlı investisiya axınlarını daha da gücləndirəcək. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-logistika sahəsidir. Prezident Əliyev Orta Dəhlizin çoxşaxəli marşrutlarının inkişafı baxımından iki ölkənin infrastruktur layihələrinin koordinasiyasını vacib sayaraq, bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını vurğuladı. Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və Xəzər hövzəsi üzərindən Avropa istiqamətinə daşınmaların artırılması üçün Özbəkistanla əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev özbək şirkətlərinin Azərbaycan kənd təsərrüfatına, xüsusilə pambıqçılıq və ipəkçiliyə verdiyi töhfəni yüksək qiymətləndirərək, bu sahədə təcrübə mübadiləsinin davam etdiriləcəyini bildirdi. Hər iki ölkədə kənd təsərrüfatı məhsullarının emalı üzrə iri layihələr müzakirə olunub və bu istiqamətdə gələcəkdə konkret addımların atılması planlaşdırılır".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev, Özbəkistanın Qarabağın bərpasında göstərdiyi yardımı xüsusi qeyd edərək, bu dəstəyi həm rəmzi, həm də real məna daşıyan addım kimi xarakterizə etdi:

"Şuşada Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy məktəbi, eyni zamanda Xankəndidə yaradılan tikiş fabriki, yalnız infrastrukturun deyil, həm də sosial sabitliyin və məşğulluğun bərpasına xidmət edir. Bu, həmçinin beynəlxalq həmrəyliyin və humanist dəyərlərin təcəssümüdür. Prezident İlham Əliyev çıxışında Özbəkistanın Bakıda yeni səfirlik binasının tikintisini və istifadəyə verilməsini də xüsusi qeyd etdi. Bu bina, hələ ümummilli lider Heydər Əliyev tərəfindən ayrılmış ərazidə inşa olunub və ölkələr arasında diplomatik münasibətlərin simvoluna çevrilir. Bu fakt, münasibətlərin nə qədər dərin köklərə malik olduğunu bir daha nümayiş etdirir. Özbəkistan-Azərbaycan münasibətlərində mədəni-humanitar əlaqələrin inkişafı da xüsusi yer tutur. "Ağ şəhər" layihəsinin tam mərkəzində salınacaq "Özbəkistan" parkı, təkcə urbanizm layihəsi deyil, həm də mədəniyyətlərarası yaxınlaşmanın və xalqların dostluğunun təzahürüdür. Bu layihə, gələcəkdə Bakıya gələcək turistlər və sakinlər üçün yeni bir istirahət məkanı olmaqla yanaşı, iki ölkə arasında dostluğun simvoluna çevriləcək.

Prezident İlham Əliyevin bəyanatından aydın olur ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi, humanitar, nəqliyyat və sosial sahələrdə dərinləşir. Bu münasibətlər qarşılıqlı etimada, tarixi və mədəni yaxınlığa, ortaq maraqlara və müasir çağırışlara cavab verməyə əsaslanır. Tərəflər regional sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayır və bu əməkdaşlığın perspektivləri olduqca genişdir. 2025-ci ilin iyulunda baş tutan bu səfər, Azərbaycan-Özbəkistan münasibətlərinin ən yüksək zirvəyə çatmasının sübutudur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu münasibətlər rəsmi müttəfiqlik səviyyəsindədir və bu status, hər iki dövlətin maraqlarına xidmət etməklə yanaşı, regionda sülh, sabitlik və inkişaf üçün də mühüm zəmin yaradır. Əminliklə demək olar ki, bu qarşılıqlı etimada əsaslanan strateji əməkdaşlıq yaxın illərdə daha da dərinləşəcək və regionun gələcəyi üçün yeni üfüqlər açacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1527   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr