Naxçıvanda barama istehsalı 17 % artıb
Bu il Naxçıvan Muxtar Respublikasında 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17% çoxdur.
"Report"un yerli bürosunun məlumatına görə, barama Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında istehsal edilib.
Bu bölgələrdə ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5 kq, Sədərək rayonu üzrə 436,2 kq, Culfa rayonu üzrə 226 kq, Şərur rayonu üzrə 207,3 kq, Ordubad rayonu üzrə 118,8 kq, Naxçıvan şəhəri üzrə 75,2 kq, Kəngərli rayonu üzrə isə 60 kq yaş barama tədarük olunub.
Ən yüksək məhsuldarlıq Sədərəkdə qeydə alınıb. Bu rayonda barama istehsalına bu il başlanılıb.
Baramaçılığın inkişafı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində prioritet istiqamət kimi müəyyən olunub. Bu məqsədlə pilot layihə hazırlanıb və baramaçılıqda yem bazasının formalaşdırılması üçün muxtar respublikanın bütün bölgələrində yeni tut bağları salınıb.
Naxçıvanda baramaçılıq fəaliyyəti 35 illik fasilədən sonra ötən il bərpa olunub. 30 qutu ipəkqurdu toxumu əsasında 1 119 kq yaş barama istehsal edilib və məhsul Bərdə rayonundakı baramaqurutma məntəqəsinə təhvil verilib.
Kümçülərə dövlət tərəfindən subsidiyalar, həmçinin baramanı qəbul edən şirkətdən ödənişlər vaxtında təmin olunub.
Ötən ilin nəticələrinə görə, Zərdab rayonundan sonra ölkə üzrə ikinci ən yüksək orta məhsuldarlıq göstəricisi məhz muxtar respublikada qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 544 Tarix: 05 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr