Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
Azərbaycan rəhbərliyi müstəqillik əldə etdiyi üç onillikdə sülhə üstünlük verib və bu, müxtəlif sektorlarda mühüm nailiyyətlərə gətirib çıxarıb.
Bunu Ruandanın Azərbaycan üzrə qeyri-rezident səfiri Çarlz Kayonqa Ankarada ölkəsinin milli azadlıq günü ilə bağlı keçirilən mərasimdən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib.
O, qeyd edib ki, Afrikanın Azərbaycan üçün cəlbedici olması müsbət haldır.
Azərbaycanın tarixi və inkişafı baxımından Afrika ölkələri ilə təcrübələrini bölüşməsini təqdir edən səfir iki ölkə arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Ruanda Azərbaycanla tərəfdaşlıq etməkdən məmnundur və biz hazırda ikitərəfli əməkdaşlığın təkmilləşdirilməsi üçün müzakirələrlə məşğuluq. Bu yaxınlarda Ruanda İnkişaf Şurası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamış Azərbaycanın ASAN dövlət xidmət müəssisələrini öyrənməyə hazırlaşırıq".
Ç.Kayonqa onu da vurğulayıb ki, Ruanda hakimiyyəti ölkəni yüksək gəlirli iqtisadiyyata çevirmək məqsədilə 2050-ci il vizyonuna nail olmağa çalışır: "Azərbaycanın bu vizyonda yaxından iştirak etdiyini görürük".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 582 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr