"Min iki yüz söz bəs edər" - Bakı sakinləri övladlarının Çin dilini öyrənməsini istəyirlər? - VİDEO
Son günlər Azərbaycanda Çin dilinin tədris edilməsi ilə bağlı məsələlər müzakirə edilir.
Oxu.Az mövzu ilə əlaqədar Bakı şəhər sakinlərinin fikirlərini öyrənib.
Sakinlər arasında keçirdiyimiz sorğu zamanı məlum oldu ki, vətəndaşların böyük bir qismi övladlarının Çin dilini öyrənməsini istəyir, bu addımı müsbət töhfə kimi qiymətləndirir.
Çin dili müəllimi, tərcüməçi Leyla Şahmurlu Oxu.Az-a açıqlamasında qeyd edib ki, hazırda ölkəmizdə Çin dilinə tələbat çoxdur.
Onun sözlərinə görə, Azərbaycan və Çin dillərinin qrammatikası oxşardır, təxminən 1 200 söz bilməklə Çin dilində məişət səviyyəsində ünsiyyət qurmaq mümkündür.
Təhsil eksperti Ramin Nurəliyevin fikrincə, Çin dili Azərbaycan təhsil sisteminə yad deyil, lakin hazırda bu istiqamətdə tədrisin aparılması üçün təcrübəli mütəxəssislər azdır.
O vurğulayıb ki, Çin dili geniş arealda rus dilini üstələyib.
Çin vətəndaşı Sin Fon Oxu.Az-a söyləyib ki, iki dövlət arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir:
"Çinlilərin Azərbaycana gələrək dilinizi öyrənməsi, eyni zamanda, azərbaycanlıların Çinə gedib dilimizi öyrənməsi həm iqtisadi münasibətlər, həm də kommunikasiyanın inkişafı baxımından müsbət addım olar".
Ətraflı - videosüjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2919 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr