Nazir: "Azərbaycanın kredit reytinqinin yüksəlməsi qeyri-neft-qaz sektorunun inkişafına əsaslanır"
"Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsində əldə edilən nailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqini tapır. "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqini "Baa3" səviyyəsinə - investisiya kateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, qeyri-neft-qaz sektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına əsaslanır".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında paylaşım edib:
"Həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, iqtisadiyyatın şaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir. Ölkəmizin dünyada və regionda strateji nəqliyyat habı kimi əhəmiyyətinin artması da sosial-iqtisadi faydaları və perspektivləri genişləndirir.
Bank-maliyyə sektorunda və monetar sferada sistemli islahatların həyata keçirilməsi hesabına möhkəm sabitlik təməllərinin yaradılması, büdcə qaydalarının effektiv tətbiqi, iqtisadiyyatda şəffaflıq və hesabatlılığa əsaslanan köklü vergi islahatlarının həyata keçirilməsi, habelə dövlət satınalmalarının şəffaflaşdırılması və bu sahədə proseslərin rəqəmsallaşdırılması fonunda strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə böyüməsi Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən əsas məqamlardandır.
Makrofiskal dayanıqlığın güclənməsi amilləri ilə yanaşı, ölkə iqtisadiyyatında dayanıqlı inkişafın digər təməl şərtlərinin - investisiya və biznes mühitinin keyfiyyətinin daha da yüksəldilməsi xarici investorlar üçün cəlbediciliyi artırır, iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir və şaxələnməyə xidmət edən böyük investisiya layihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır", - məlumatda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR