AKP rəsmisi: Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz türk dünyası üçün tarixi prosesdir
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında xüsusilə Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz ölkəmiz və türk dünyası üçün tarixi prosesdir.
"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu "X"dəki hesabında yazıb.
O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirak üçün Azərbaycana səfəri zamanı regional hadisələrlə bağlı çox mühüm təmaslar və qiymətləndirmələr aparılıb.
"Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycana təkcə dostluq deyil, həm də qardaşlıq bağı ilə bağlayan "Bir millət, iki dövlət" şüarı təsadüfi ifadə deyil. Bunu tarix boyu dəfələrlə sübut etmişik. Şübhəsiz, bunun ən böyük təzahürlərindən biri ən kritik anda çiyin-çiyinə dayanmağımızdır. Dövlət başçımızın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin yan-yana dayanması bu qardaşlığın, qarşılıqlı dəstəyin beynəlxalq aləmdə ritorikadan əlavə, həm də fəaliyyətlə nümayiş etdirilməsinin sübutudur", - o yazıb.
K.Zorlu bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar açacaq: "Ona görə də biz bu xətti təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın bir hissəsi kimi görürük. Zəngəzur dəhlizinin açılışı həm də türk dünyasını yaxınlaşdıracaq Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açılanda türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Biz Türkiyə olaraq Prezidentimizin rəhbərliyi ilə bu məqsədə doğru əzmlə irəliləməyə davam edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 900 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabr