Rəfdə başqa, kassada fərqli qiymət: Alıcı nə etməlidir? - AÇIQLAMA
Alıcılar çox hallarda alış-veriş zamanı məhsulun rəfdə göstərilən qiyməti ilə kassadakı qiyməti arasında fərqlə qarşılaşa bilirlər. Bəs, belə hallarda bu uyğunsuzluğun məsuliyyəti kimdədir və müştəri haqlarını necə qorumalıdır? Marketlərdə qiymət etiketlərindəki bu cür ziddiyyətlərə qarşı nə kimi nəzarət mexanizmləri mövcuddur?
Mövzu ilə bağlı Sonxeber.az-a Marketinq və İctimaiyyətlə əlaqələr üzrə məsləhətçi Səfər Aslanov danışıb.
O, açıqlamasında qeyd edib ki, belə hallar çox zaman insani və ya texniki səhv nəticəsində baş verir:
"Böyük marketlərdə minlərlə SKU (Stock Keeping Unit) olur. Hər məhsulun öz adı, kodu, çəkisi, ölçüsü və qiyməti var. Gün ərzində çox sayda məhsulun qiyməti dəyişə bilər. Bu zaman qiymət sistemdə yenilənir, amma rəfdəki etiketlər – yəni qiymət kağızları – bəzən vaxtında dəyişdirilmir. Bu isə rəf və kassa qiymətləri arasında fərqə səbəb olur.
Əslində bu məsuliyyət marketin öz üzərindədir. Market rəhbərliyi rəf və kassa qiymətlərinin uyğun olmasına nəzarət etməlidir. Amma nəzərə almaq lazımdır ki, məhsulların sayı minlərlədir, və bəzən planoqrama uyğun düzülmüş rəflərdə qiymətlərin hamısını eyni anda dəyişmək çətindir. Merçendayzerlər bu işi görən əməkdaşlardır və onların işi çox məhsullu mağazalarda kifayət qədər çətin və operativ olmalıdır.
Əksər hallarda marketlər qəsdən alıcıları aldatmaq istəmir. Belə hallar çox zaman insani və ya texniki səhv nəticəsində baş verir. Böyük satış şəbəkələri üçün alıcını itirmək, etibarını qırmaq maddi cəhətdən daha böyük zərərlə nəticələnir. Ona görə də, marketlər bu cür uyğunsuzluqları aradan qaldırmağa çalışırlar.
Bu cür qiymət fərqləri bəzən istəmədən baş verir və bu sahədə həm texniki nəzarət, həm də əməkdaşların diqqəti vacibdir. Alıcı isə belə hallarda sakit və diqqətli şəkildə haqlı tələbini irəli sürməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1697 Tarix: 07 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrMilli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə
"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn
16 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabr