Qusarda qadın qonşu kişi ilə birləşib ərini döyüb öldürdü
Qusarda qadın qonşu kişi ilə birləşib ərini öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Quxuroba kəndində baş verib.
Kənd sakini Ramazan Mamalıyev içkili vəziyyətdə evinə gələrək, stolun üstündə olan boşqabları yerə vuraraq qırıb. R.Mamalıyevin həyat yoldaşı Mirvari Mamalıyeva buna etiraz edərkən əri onu döyüb. Hadisədən əsəbiləşən M.Mamalıyeva həyətdən götürdüyü çomaqla həyat yoldaşını döyməyə başlayıb. Həyat yoldaşının ona müqavimət göstərdiyini görən qadın qonşu Namiq Xəlilovu köməyə çağırıb. Hər iki şəxs birləşərək R.Mamalıyevi möhkəm döyüb evin ikinci mərtəbəsinə çıxarıb yataq otağına atıblar. R.Mamalıyev zərbələrin təsirindən huşunu itirsə də, nə həyat yoldaşı, nə də qonşu təcili tibbi yardım çağırıblar. Nəticədə R.Mamalıyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs məsuliyyətə cəlb edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirvari Mamalıyeva 9, Namiq Xəlilov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1817 Tarix: 07 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrBakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi
22 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrİş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng
21 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabr