Hava şəraiti niyə tez-tez dəyişir?
Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraiti müşahidə olunur.
Trend-ə açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyevin sözlərinə görə, yay fəslinin sərin keçməsi normal hadisədir:
"Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bu meyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkı hadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərin keçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yay müşahidə edilə bilər".
Professor bildirib ki, qeyd edilənlər atmosfer prosesləri ilə sıx bağlıdır:
"Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasının çoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isə günəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illik siklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davam edəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığının artması meridional proseslərin təkrarlanmasını çoxaldır.
Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçə gündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclü külək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbi şimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Bu proses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəz olunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlar üçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq, çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələr insanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir".
H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davam etməsi ilə bağlı proqnoz vermək çətindir:
"Ancaq ehtimalı böyükdür. Yayın ümumi fonu istidir, temperatur artmalıdır. Biz subtropik iqlim qurşağında yaşayırıq. Cənubdan bizə tropik hava kütlələri daxil olur. Amma şimaldan gələn hava kütlələri yenidən daxil ola bilər. Bütün bunların hamısını müəyyən edən atmosferin yuxarı qatlarındakı barik sistemlərin vəziyyətidir. O sistemlər şimaldan gələn soyuq hava kütlələrinin ərazimizə daxil olmasına şərait yaradır. Yəni narahat olmağa heç bir əsas və ehtiyac yoxdur. Hər şey normal qaydası ilə gedir. Bu cür hallar həmişə olub və ola bilər. Yadıma düşür ki, yayın qızmar günündə Kəlbəcər, Laçında qar yağdı. Havada olan anomal hadisələr normadan meyletmələrlə bağlıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1835 Tarix: 08 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrVahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabr