Bəzi ərazilərdə su KƏSİLƏCƏK
Bakı şəhərində su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yenidənqurma işləri aparılır.
Bu barədə Sonxeber.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən, diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Kəmərin qəzalı hissəsinin yenilənməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun artıq 200 paqon metrlik hissəsi inşa edilib.
Hazırda Sutikinti Müəssisəsi tərəfindən həmin kəmərin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 60 paqon metrlik, eləcə də Palçıqlı dağ ərazisindən keçən 300 paqon metrlik hissəsinin dəyişdirilməsi davam etdirilir. Müəssisənin sahə rəisi Anar Şahməmmədov bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ adlanan ərazidə istismara yararsız olan 1220 millimetrlik polad borunun yenilənməsinə başlanılıb və işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində Bakıda su təchizatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması işləri aparılır. Bu səbəbdən bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər ola bilər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sakinlərin vaxtında məlumatlandırılması və mümkün narahatlıqların minimuma endirilməsi üçün zəruri tədbirlər gördüyünü bildirib.
Aparılan işlər abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 22696 Tarix: 08 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, martın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
20 martPolkovnik-leytenant haqda - Yeni qərar
Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. "Qafqazinfo"nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, polkovnik-leytenan
23 martAzərbaycanda pensiya yaşı dəyişir? - Belə ola bilər…
Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. Bu güzəş
21 martBu şəxslər 300 manatdan çox müavinət ala bilər
Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi
22 martAzərbaycanda itkin düşən 14 nəfər tapılıb
Ötən gün itkin düşən 14 nəfər tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyət
20 martŞahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası - Adəm İsmayıl BAKUVİ
Şahmat - taxta üzərində qurulmuş səssiz kainatdır. Orada zaman ölçülür, iradə sınaqdan keçirilir, zəka isə məsuliyyətlə üz-üzə qalır. Hər fiqur bir taledir, hər gediş bir qərardır, hər səhv isə bir aqibətdir. İnsanlıq minillərdir bu oyunu oynayır, lakin minillər boyu bir sual da insan düşüncəsini məşğu
21 martNazirə müavin təyin edildi
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavin təyin olunub. -ın əldə etdiyi məlumata görə, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. O, bu təyinatadək nazir müşaviri olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi APA-Economics-ə təyinatı təsdiqləyib
20 mart