Hərbi prokuror sərhədçilərlə birlikdə

Hərbi prokuror sərhədçilərlə birlikdəAzərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə polkovniki Bəhruz Əhmədov Dövlət Sərhəd Xidmətinin Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Bəhmən Babayevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Naxçıvanda qulluq edən hərbi qulluqçuları ilə görüşüblər.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət edilərək əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, yaralananlara isə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri çatdırılıb.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqın əzmkarlığı sayəsində dövlətimizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Tədbirdən sonra Hərbi prokuror Bəhruz Əhmədov, Diviziya komandiri Bəhmən Babayev, eləcə də yüksək vəzifəli prokurorluq işçiləri və hərbçilərlə birlikdə Vətən müharibəsində itkin düşmüş şəhid leytenant Vəlizadə İbrahim Səməd oğlunun ailəsinə baş çəkərək, prokurorluq adından diqqət və qayğı göstərib, eləcə də vətən fədaisinin ruhuna dərin ehtiram ifadə olunub. Şəhid ailəsi daim onları diqqətdə saxlamaqla qayğı göstərən dövlət başçısına, Heydər Əliyev Fonduna, aidiyyəti dövlət qurumlarına və onları ziyarət edənlərə minnətdarlıqlarını ifadə ediblər.
Hərbi prokuror sərhədçilərlə birlikdəHərbi prokuror sərhədçilərlə birlikdəHərbi prokuror sərhədçilərlə birlikdəHərbi prokuror sərhədçilərlə birlikdəHərbi prokuror sərhədçilərlə birlikdəHərbi prokuror sərhədçilərlə birlikdəHərbi prokuror sərhədçilərlə birlikdə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1474   Tarix: 09 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

Vahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti

Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal

21 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr