Müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Şəmkirdə orta məktəb müəlliməsini qaçıran dəstə azadlığa buraxılıb.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsi ərazisində baş verib. Dəllər-Çırdaxan sakini, 1990-cı il təvəllüdlü Bəhruz Ağayev (soyad şərtidir) Dəllər qəsəbə tam orta məktəbinin coğrafiya müəlliməsi N.G-ya evlilik təklifi etsə də, xanım onun təklifini rədd edib və ailə qurmaq istəmədiyini deyib. Bəhruz dəfələrlə N.G-nı yola gətirməyə çalışsa da, mümkün olmayıb. O, müəlliməni qaçıraraq onunla ailə qurmaq qərarına gəlib və bu məqsədlə dostları Vüsal və Anarla görüşərək onlardan kömək istəyib.
Üç dost qızı qaçırmaq qərarı verib. Onlar maşınla məktəbin yaxınlığında dayanaraq N.G-nın dərsdən çıxmasını gözləyiblər. Günorta saatlarında müəllimə dərsdən çıxıb evlərinə getmək istəyərkən Bəhruz idarə etdiyi avtomobili onun qarşısında saxlayaraq, avtomobildən düşüb. O, müəlliməni zorla avtomobilə mindirərək dostundan avtomobili bibisigilə sürməsini xahiş edib.
Onlar qızı həmin ünvana gətirib qadınların onunla danışmasını istəyiblər. Amma danışıqlar fayda verməyib və qız Bəhruzla ailə qurmaqdan imtina edib. Bəhruzun qohumlarının təkidi ilə müəllimə evlərinə buraxılıb.
Faktla bağlı polisə məlumat verilib və Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən (Adam oğurluğu) cinayət işi başlanılıb. Bəhruz və dostları isə saxlanılıblar. Hər üç dost barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruza 2 il 9 ay, Arifə 2 il 2 ay, Vüsala isə 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onlara elektron nəzarət qolbağı tətbiq edilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1842 Tarix: 10 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Global Media Group"un əməkdaşı vəfat edib
"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi
14 avqustMaşınını park edib getmişdi, başına iş gəldi - Video
Bakıda yük avtomobilinin sürücüsünün ani ehtiyatsızlığı qəzaya səbəb olub. -a istinadən xəbər verir ki, hadisə Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəşisməsində qeydə alınıb. Belə ki, yük maşınının sürücüsü sağa dönmə əməliyyatını yerinə yetirərkən daşıdığı alçıpan yükü park halında olan "Hyundai"
15 avqustSabah 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 15-i hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündü
14 avqustSabah güclü külək olacaq - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 15-i Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad
14 avqustElman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur
Keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayevin adı Rusiyanın paytaxtı Moskvada qeydə alınan qətl və dələduzluq üzrə cinayət işində hallanır. -ın məlumatına görə, bu barədə cinayət işinin materiallarına əsaslanaraq TASS informasiya agentliyi xəbər yayıb. Qeyd olunan iş üzrə ümumilikdə səkkiz nəfə
15 avqustŞamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək
13 avqustBakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcu
14 avqustDüzgün şampunu necə seçməliyik? - DERMATOLOQDAN AÇIQLAMA
Şampun seçimi bir çox insan üçün sadəcə saçın təmizlənməsi məsələsi kimi görünsə də, istifadə olunan məhsul həm saçın, həm də baş dərisinin vəziyyətinə təsir göstərə bilər. Yağlı, quru, həssas və kəpəyə meyilli baş dərisinin ehtiyacları eyni olmadığı üçün bütün saç tiplərinə uyğun "universal"
14 avqust"Uşaqlı adam götürmürəm" deyən taksi sürücüsü CƏZALANDIRILDI
Uşaqlı sərnişini yolda düşürdən taksi sürücüsü cəzalandırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən -ə bildirilib ki, taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. "Sözügedə
14 avqust