Rusiya MDB ölkələrində casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə də əməl etmir - RƏY
Rusiya MDB-yə üzv olan dövlətlərdə casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə də əməl etmir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
O bildirib ki, media yarandığı gündən təsir aləti kimi çıxış edib:
"Böyük dövlətlər isə ondan həm də xarici təsir vasitəsi kimi faydalanmağa çalışıblar və bu gün də eyni siyasət xeyli fərqli şəkildə davam etdirilir. Belə ki, bu gün media ayrı-ayrı dövlətlərin əlində ilk növbədə hibrid savaş alətinə çevrilib. Rusiya isə burada digər dövlətlərdən onunla fərqlənir ki, hərbi gücdən istifadə edərkən dəqiqlik, incəlik, hədəfi vurmaq kimi məsələlər unudulduğu kimi, informasiya siyasəti də nöqsanlıdır".
S.Alıyevin sözlərinə görə, Rusiyanın kobud informasiya müdaxilələrinin, heç bir norma tanımamağın nəticəsidir ki, onlarla dövlət Azərbaycanda da bağlanan "Sputnik" agentliyinin fəaliyyətini qadağan edib:
"Həmçinin Rusiyanın "RT" kimi təbliğat və dezinformasiya resursu da qərbdə qadağa qoyulub. ABŞ-də başladılan araşdırma onların çirkli pulların yayılmasından tutmuş təsir şəbəkələri formalaşdırmalarına qədər bir sıra qaranlıq fəaliyyətlərinin üstünü açdı. Belə bir reallıq ortada ola-ola Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan"ın bağlanmasını və orada jurnalist adı altında qanunsuz fəaliyyət göstərən iki xüsusi xidmət əməkdaşının həbsini söz azadlığına qəsd kimi qiymətləndirməsi, bununla bağlı beynəlxalq qurumlara çağırış etməsi adekvatlıqdan tam uzaq addımdır".
Müsahib təəssüflə qeyd edib ki, Azərbaycan son vaxtlar qonşu dövlətin bir çox strukturlarının eyni davranışının şahidi olub:
"Ona görə də artıq təəccüblənmirik. Ancaq əgər beynəlxalq qurumlar, xüsusilə də insan haqları üzrə ixtisaslaşmış təşkilatlar son zamanlar Rusiyada qafqazlılara və Mərkəzi Asiyadan olan insanlara yanaşmada yol verilən ayrıseçkiliyə, qətllə nəticələnən vəhşi davranışlara adekvat reaksiya versələr, bəlkə də, Rusiya Jurnalistlər İttifaqı ayıblarına kor olub belə bir çağırış etməzdi. Əgər Rusiya Jurnalistlər İttifaqını, doğrudan da, jurnalistlərinin taleyi narahat edirsə, onda azərbaycanlı Orxan Camal daxil olmaqla onlarla qələm adamının qətlinə, Ukraynaya qarşı təcavüz başladığı gündən bununla razılaşmayan yüzlərlə jurnalistin həbsinə, onların ölkədən didərgin salınmasına münasibət bildirsin".
Deputat vurğulayıb ki, sözügedən qurumun jurnalist kimi təqdim etdiyi İqor Kartavıx və Yevgeni Belousovun sadəcə sosial şəbəkə hesablarına baxmaq onların jurnalistikaya heç bir dəxilləri olmadığını anlamaq üçün yetərlidir:
"Bunlar göstərir ki, Rusiya MDB-yə üzv olan dövlətlərdə casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə də əməl etmir".
Xatırladaq ki, Mətbuat Şurası bəyanatla çıxış edərək bildirib ki, "Sputnik Azərbaycan" ölkədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR