Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edibİyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Prezident İlham Əliyev "Terrorsuz Türkiyə" hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 758   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadınlar niyə ərlərindən BEZİRLƏR?

Məişət mübahisələrinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verilib. xəbər verir ki, psixoloqların fikrincə, bir çox kişilər qadınların iradlarının səbəbsiz yarandığını düşünsə də, əslində məişət konfliktləri nadir hallarda səbəbsiz olur. Məlumata görə, qadınlar narazılıqlarını daha çox sözlə ifad

24 mart
.

Həcc ziyarəti üzrə kvota tamamlanıb?

Həcc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamış qalır. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 91 faizi artıq tamamlanıb

20 mart
.

Kamran Əliyevə ağır itki

Azərbaycanın Baş prokuroru Kamran Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, Kamran Əliyevin anası Flora Əliyeva bu gün 79 yaşında vəfat edib. Mərhum Gəncə şəhərində dəfn ediləcək. Allah rəhmət eləsin!

20 mart
.

Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?

Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Qaynarinfo xəbər verir ki, görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. "Şamaxı-Bak

23 mart
.

Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib. "Qafqazinfo" xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. "Instagram" sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığınd

23 mart
.

Beynəlxalq Novruz Günüdür

Bu gün Beynəlxalq Novruz Günüdür. "Qafqazinfo" xəbər verir ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. "Yeni gün" mənası verən Novru

21 mart
.

Bu şəxslər 300 manatdan çox müavinət ala bilər

Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi

22 mart
.

Azərbaycana yaz gəldi

Azərbaycana yaz fəsli qədəm qoyub. "Qafqazinfo" xəbər verir ki, yaz fəslinin ölkəmizə daxil olması bu gün saat 18:45:53-ə təsadüf edib. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şima

20 mart
.

Sabah 23 dərəcə isti olacaq

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9 isti, gündüz 12-1

23 mart