Əminə Tağı: "Avropa birinciliyinə çox yaxşı hazırlaşmışdım"
"Avropa birinciliyinə çox yaxşı hazırlaşmışdım. Təlim-məşq toplanışlarında istər milli, istərsə də şəxsi məşqçimlə çox əziyyət çəkmişdik və şükürlər olsun ki, bunun bəhrəsini gördük".
Bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin qalibi Əminə Tağı deyib.
50 kq-da qitənin ən güclüsü adına yiyələnən 15 yaşlı boksçu qələbəsini dəyərləndirib. O bildirib ki, yarışa yollananda hədəfi qızıl medal olub: "Avropa birinciliyi mənim üçün uğurlu alındı. Özümə və bacarığıma arxayın idim. Yarımfinalda slovakiyalı Dominika Vnukova ilə qarşılaşdım və görüşdə tam üstünlüklə qalib gəldim. Finalda rəqibim erməni Amest Afrikyan oldu. Həmin döyüşdə başa düşürdüm ki, nə olursa-olsun, qalib gəlməliyəm. Həlledici qarşılaşmaya çox yaxşı hazırlaşmışdım. Məşqçilərim və ailəm görüş öncəsi əla motivasiya vermişdilər. Bunun da nəticəsində rinqdə inamlı mübarizə apardım və mənim üçün vacib olan qələbə qazandım. Sevincliyəm. Mükafatlandırma da arenada deyil, şəhərin mərkəzində oldu. Novi Pazarda Azərbaycan himnini səsləndirdiyim üçün sevincimin həddi-hüdudu yoxdur".
Əminə Tağı əsas məqsədini də açıqlayıb. Onun sözlərinə görə, ən böyük hədəfi Olimpiya Oyunlarında uğur qazanmaqdır: "İndi etdiyim bütün məşqlər və əziyyətlər 4 illiyin möhtəşəm yarışana hesablanıb".
Qeyd edək ki, Azərbaycanın qız boksçuları Avropa birinciliyində 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1058 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021