Qarabağ Universitetində YENİLİK - laboratoriya yaradılır
Qarabağ Universiteti ilə bağladığımız əməkdaşlıq barədə razılaşmaya əsasən, həmin universitetin nəzdində Elm Fondunun dəstəyi ilə trasoloji laboratoriya yaradılmaqdadır.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.
Direktor xatırladıb ki, ərazilərimizin azad edilməsi ilə əlaqədar arxeologiyada yeni sahə yaradılıb.
"Bu məhkəmə arxeologiyasıdır. Azad edilmiş ərazidə aparılan tikinti-quruculuq işləri zamanı insan qalıqları aşkar edilir ki, onların arxeoloji peşəkarlıq səviyyəsində tədqiqinə ehtiyac yaranıb.
Çünki yalnız peşəkar arxeoloqların cəlb edilməsi ilə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və ya əsirlikdə işğalçılar tərəfindən öldürülmüş soydaşlarımızın qalıqlarının, hərbi cinayət yerlərinin qeydiyyatı aparıla bilər", - deyə F.Quliyev fikrini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 575 Tarix: 21 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrVahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabr