Haqqsız yerə 7 il həbsdə saxlanılan həkimə 2,5 milyon TL təzminat ödəniləcək

Haqqsız yerə 7 il həbsdə saxlanılan həkimə 2,5 milyon TL təzminat ödəniləcəkVan şəhərində mikrocerrahi şöbəsində əl cərrahı kimi çalışan həkim B.K.-nın həyatı 2009-cu ildə baş verən hadisə ilə alt-üst olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Hakkariyə getmək üçün yola çıxmaq istəyən həkim avtomobil qəzası səbəbindən maşını özü idarə edə bilməyib və bir xəstə yaxınından kömək istəyib. İ.A.-nın idarə etdiyi və həkimin sərnişin olduğu avtomobil Hakkari girişində polis tərəfindən saxlanılıb. Axtarış zamanı maşından 33 kiloqram 270 qram narkotik vasitə tapılıb.

Sürücü İ.A. ifadəsində "Narkotik mənə məxsusdur, həkimin hadisə ilə əlaqəsi yoxdur" desə də, həm özü, həm də həkim B.K. "narkotik ticarəti etmək" ittihamı ilə həbs edilib. Məhkəmə həkimin təqsirsiz olduğuna inanmayaraq 2009-cu ildə ona 16 il 8 ay həbs cəzası verib.

15 iyul çevriliş cəhdindən sonra işə baxan prokuror, hökm çıxaran hakimlər və qərarı təsdiqləyən Yargıtay üzvləri FETÖ ilə əlaqəli olduqları üçün vəzifədən kənarlaşdırılıb. Bu inkişaflardan sonra həkimin vəkili Polat Balkan 2017-ci ildə yenidən məhkəmə araşdırması üçün müraciət edib.

Nəticədə B.K. 13 fevral 2017-ci ildə azadlığa buraxılıb. O, ümumilikdə 7 il 1 ay 16 gün həbsdə qalıb. Azadlığa çıxdıqdan sonra dövlətə qarşı 3 milyon TL-lik mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə həkimə haqsız həbsə görə 1 milyon TL və bu məbləğin 2009-cu ildən bəri işləyən yasal faizləri ilə birlikdə ödənilməsinə qərar verib.

Faizlərlə birlikdə təzminatın ümumi məbləği təxminən 2,5 milyon TL-yə çatıb. Həkim B.K.-nın hazırda Qaziantep Şəhər Xəstəxanasında çalışdığı bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1292   Tarix: 04 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülük vəsiqəsini 20 gün əvvəl almışdı: 18 yaşlı gənc motosiklet qəzasında öldü - VİDEO

Türkiyənin Antalya şəhərində motosiklet qəzası 18 yaşlı Mehmet Ege Sulanın həyatına son qoyub. Gəncin sürücülük vəsiqəsini cəmi 20 gün əvvəl aldığı məlum olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Muratpaşa rayonunun Kızılsaray məhəlləsində, Tonguç prospektinin Tonguç yeraltı keçidində gec

14 sentyabr
.

13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO

ABŞ-də 13 yaşlı qızla görüşmək məqsədilə təxminən 14 saat avtomobil idarə etdiyi bildirilən kişi polis tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin uşaqlara qarşı cinsi cinayətlərin qarşısının alınmasına yönəlmiş əməliyyat çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə

17 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Marketdəki uşaq yeməklərinə gizlicə zəhər yerləşdirdi, 5 körpə xəstəxanalıq oldu - VİDEO

İsrailin Qüds şəhərində körpələr üçün nəzərdə tutulan meyvə pürelərinə sakitləşdirici və anestezik təsirə malik maddələr yeritdiyi iddia olunan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, İsrail polisi iyun ayında bəzi uşaqların zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılmasından sonr

10 sentyabr
.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19 sentyabr
.

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla

21 sentyabr
.

Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

20 sentyabr