Metroda doğulan körpə küvəzə salınıb

Metroda doğulan körpə küvəzə salınıbBu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğulan körpənin vəziyyəti qənaətbəxş deyil.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib: "Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır".

E.Hidayətoğlu bildirib ki, vaxtından əvvəl - 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm-dir və kişi cinslidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 08 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəzaya düşən Xalq artistindən xəbər var

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir. Bu barədə Qaynarinfo-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palat

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluqdan strateji müttəfiqliyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi. Avqustun 23-də Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində xüsusi siyasi əhəmiyyət daşıyan günlərdən biri kimi yadda qaldı. Azərbayca

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq, qardaşlıq və strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə daha da dərinləşdirilməs

24 avqust
.

Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

24 avqust
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından gəliri 13 %-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,178 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,77 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 1,487 milyon ABŞ dolları dəyərind

23 avqust
.

Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 avqust
.

Dənizdə daha 2 nəfər batdı

Bakıda dənizdə iki nəfər boğularaq ölüb. -a istinadən xəbər verir ki, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Hadisənin avqustun 22-də paytaxtda dənizdə, nəzarətsiz ərazidə baş verdiyi bildirilib. Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşl

24 avqust
.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqazı daha sıx birləşdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana 2026-cı il avqustun 23-də başlayan dövlət səfəri yalnız ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi ilə məhdudlaşmayan, daha geniş regional və geosiyasi məzmun daşıyan mühüm hadisə oldu. Prezidentin Daşkənddə mətbuata bəyanatınd

24 avqust
.

"Heydər Əliyev" ordeni - Azərbaycan-Özbəkistan qardaşlığının yüksək qiyməti

Azərbaycan ilə Özbəkistan arasında tarixi köklərə, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin güclənməs

23 avqust