Dövlət Xəstəxanasında tavan çökdü – 2017-ci ildən bəri çökmə xəbərdarlığı var idi
Türkiyənin Denizli şəhərində yerləşən və 2017-ci ildə hazırlanmış rəsmi hesabatlarda binanın 90 faizinin çürük, zəlzələyə dayanıqsız olduğu bildirilən Denizli Dövlət Xəstəxanasında tavan çöküb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Balıkesirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən cəmi bir gün sonra qeydə alınıb.
8 blokdan ibarət xəstəxana ilə bağlı 2017-ci ildə hazırlanmış texniki hesabatda binanın dayanıqsız olduğu, binanın gilli qum üzərində inşa edildiyi və 4 metr dərinlikdə suya rastlandığı qeyd edilmişdi.
Tavanın əməliyyat otağının qarşısında çökdüyünü bildirən Hekim Birliyi Sendikası, bunun illərlə davam edən laqeydliyin nəticəsi olduğunu vurğulayıb:
"2017-ci il rəsmi hesabatlarında binanın 90 faizinin çürük olduğu və binanın zəlzələyə dayanıqsız olduğu açıq şəkildə müəyyən edilib. Bütün müraciətlərimizə baxmayaraq heç bir addım atılmayıb. Denizli 1-ci dərəcə zəlzələ bölgəsidir. Hər gün minlərlə xəstə, yaxınları və tibb işçiləri bu riskli binada qalmağa məcbur edilir. Can bu qədər ucuzdumu? Bu məsələ ertələnə bilməz."
Genel Sağlık-İş Sendikasının Denizli şöbəsi hadisədə xəsarət və itki olmadığını bildirərək, "Bir daha səslənirik: Bu xəstəxana dərhal təxliyə edilməlidir" çağırışı edib.
HEP-SEN (Tibb Bacıları və Bütün Sağlıq Peşəkarları Həmkarlar İttifaqı) isə əvvəlki illərdə dəfələrlə edilən xəbərdarlıqların nəzərə alınmadığını xatırladıb:
"Denizli Dövlət Xəstəxanasının zəlzələyə dayanıqsız olduğunu dəfələrlə bildirdik, tədbir görülmədi! Etiraz aksiyaları keçirdik, sosial mediada kampaniyalar apardıq, amma səsimiz eşidilmədi. İndi isə 1-ci mərtəbənin tavanı çökdü. Şükür ki, o anda heç kim yox idi. Amma hər gün həm vətəndaşlar, həm də tibb işçiləri ölüm riski ilə üz-üzə qalır. Bu xəstəxananın təxliyəsi üçün mütləq can itkisi mi yaşanmalıdır?"
Həmkarlar ittifaqları, açıqlamalarında Denizli Valiliyi və Türkiyə Səhiyyə Nazirliyinə müraciət edərək xəstəxananın dərhal təxliyəsini tələb ediblər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1303 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabr