Ukraynanın cənubunda dənizdə mina partladı – 3 nəfər həyatını itirdi
Ukraynanın cənubunda, Qara dəniz sahilində yerləşən məşhur istirahət məkanları Zatoka və Karolino-Buhazda dəhşətli hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, dənizə sürüklənən minanın partlaması nəticəsində üç nəfər həyatını itirib.
Hadisə bazar günü saat 11:30 radələrində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, partlayış zamanı dənizdə yüzlərlə istirahətçi var idi. Kənardan gələn iki partlayıcı maddə sahildən təxminən 50 metr məsafədə ardıcıl olaraq partlayıb. Partlayışın gücü dənizdə olan insanlar arasında böyük panika yaradıb və bir çoxu sahilə qaçıb.
Qurbanlardan biri Karolino-Buhaz sahilində, digər iki nəfər isə Zatoka sahilində həyatını itirib. Rəsmilər bu bölgələrdə üzməyin müharibə səbəbindən dənizə sürüklənən minalar üzündən qadağan edildiyini xatırladıb. Buna baxmayaraq, bəzi istirahətçilər qaydaya əməl etməyiblər.
Partlayışdan dərhal sonra mina zərərsizləşdirmə qrupları, sahil mühafizəsi və xilasetmə dəstələri əraziyə gələrək axtarış işlərinə başlayıb. Plajlarda yeni mina olub-olmadığı araşdırılır. Odesa vilayətinin qubernatoru Oleh Kiper açıqlamasında bildirib:
Hadisə Ukrayna Cinayət Məcəlləsinə əsasən "qəza" kimi araşdırılır. Rəsmilər, Odesa bölgəsində yalnız iki çimərliyin üzgüçülük üçün təhlükəsiz olduğunu vurğulayıb: Çornomorsk şəhər mərkəzi çimərliyi və İzmail bölgəsindəki Primorske çimərliyi.
Bu faciə, cəmi iki ay əvvəl eyni bölgədə iki nəfərin mina partlayışı nəticəsində ölməsindən sonra baş verib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, Rusiya–Ukrayna müharibəsi səbəbindən Qara dəniz getdikcə təhlükəli bir mina sahəsinə çevrilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1154 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabr