Qadın gecə klubunda qısqanclıq zəminində 3 nəfəri yaraladı - VİDEO
İstanbulun Taksim bölgəsində yerləşən İstiqlal küçəsindəki gecə klubunda qısqanclıq zəminində baş verən bıçaqlı hücumda üç nəfər yaralanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 26 iyul, şənbə günü saat 04:00 radələrində baş verib. Məlumata görə, H.Ç. adlı qadın sevgilisi Ö.B. ilə birlikdə gecə klubuna gəlib. Onlar əylənərkən M.Ü. adlı başqa bir qadın Ö.B.-yə yaxınlıq göstərib. Bu vəziyyətdən narahat olan H.Ç. qısqanclıq krizinə girib.
Klubda başlayan mübahisə küçədə davam edib. Əlindəki bıçaqla hücuma keçən H.Ç., qısqandığı qadın M.Ü.-nü, sevgilisi Ö.B.-ni və davaya müdaxilə edən C.A.-nı yaralayıb.
Polis qrupları hadisədən sonra araşdırma apararaq qadının kimliyini müəyyənləşdirib. H.Ç. hadisədə istifadə etdiyi bıçaqla birlikdə saxlanılıb. Polis bölməsində verdiyi ifadəsində "Sevgilimi qısqandığım üçün etdim" deyən H.Ç., məhkəmənin qərarı ilə "qəsdən yaralama" ittihamı üzrə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1024 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabr