Kiçik nasazlıq böyük problemə çevrildi: Bakıda yerləşən avtoservis sürücünü 6500 manat ziyana saldı - ŞİKAYƏT
Bakıda yerləşən "Pitstop" avtoservis barəsində şikayət var.
Belə ki, Sonxeber.az -a müraciət edən İslam Qəniyev adlı vətəndaş bildirir ki, servis onu zərərə salıb daha sonra isə həmin zərəri qarşılamaqdan boyun qaçırıb:
"Üç ay əvvəl avtomobilimi cəmi 50 manatlıq nasazlığa görə servisə təhvil vermişdim. Orada xərci 3300 manata çıxardılar. Mən 3000 manat ödədim, amma maşını təmir etmək əvəzinə daha da xarab etdilər. Bununla bağlı polisə müraciət etdim. Bundan sonra isə xarab ehtiyat hissələri ilə avtomobili guya təmir edib mənə qaytardılar.
Servisin müdiri mənə söz verdi ki, maşını başqa yerdə təmir etdirim, çəkilən zərəri isə o qarşılayacaq. Mən də avtomobili başqa servisə apardım. Artıq bir aydır ki, əvvəlki servis tərəfindən xarab edilən hissələrin təmiri bitmir və bu müddətdə 6500 manat xərcim çıxıb.
Bunu "Pitstop"un müdirinə bildirdim, amma o mənə ‘bizlik deyil’ cavabını verdi. Artıq başa düşmüşəm ki, onlar məni sadəcə yola verirlər və zərərimi qarşılamayacaqlar"
Sözügedən servislə əlaqə saxladıq. Lakin suallarımıza daha sonra cavab verəcəklərini bildirdilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1342 Tarix: 25 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabr