Siçan dişləyən uşağa quduzluq iynəsi olundu - VİDEO
Ankara şəhərinin Sincan rayonunda evində yatarkən bir uşağı lağım siçanı dişləyib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisədən sonra uşağa quduzluq əleyhinə peyvənd vurulub və tibbi müalicəyə başlanılıb. Anası isə hadisəyə etiraz edərək aidiyyəti qurumlardan dərhal dərmanlama işlərinin aparılmasını tələb edib.
Hadisə Fevzi Çakmak qəsəbəsində baş verib. Uşağın anası Hasrət Ermiş bildirib ki, səhər saatlarında oğlunun ağlama səsi ilə oyandıqlarında, onun üzündən qan axdığını görüblər:
"Qan dayanmırdı. Ərim uşağı sakitləşdirməyə çalışarkən, mən çarşafları dəyişmək üçün otağa qayıtdım və həmin vaxt lağım siçanını gördüm. Yatağın altından çıxaraq radiatorun altına girdi. Mənim qışqırığımdan sonra qaçdı. Daha sonra otaqların qapılarını bağladım. Çünki uşağım epilepsiya xəstəsidir və belə bir dişləmənin fəsadından qorxdum. Tez Bilkənd Şəhər Xəstəxanasına getdik".
Xəstəxanada uşağın üzündə açıq yaralar olduğu üçün infeksiya riski nəzərə alınaraq xüsusi dərman vurulub. Həmçinin quduzluq əleyhinə peyvəndin ilk dozası edilib, növbəti 4 dozanın da vurulacağı bildirilib. Uşağa antibiotik müalicəsi də təyin olunub.
Ermiş, evin banyosunda və balkonda açıq kanalizasiya xətlərinin olduğunu, siçanın da həmin yerlərdən evə girdiyini düşündüklərini bildirib. O, hadisədən sonra bələdiyyə ilə əlaqə saxladığını, lakin 3 gün keçməsinə baxmayaraq hələ də dərmanlama aparılmadığını deyib:
"Biz bunu övladımızla yaşadıq, amma başqaları yaşamasın. Çünki bu heyvanlar xəstəlik daşıyır. Gərəkli dərmanlama və tədbirlər bir an öncə görülsün".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2193 Tarix: 26 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyulBakıda ağır qəza - 1 nəfər ÖLDÜ
Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Sabunçu rayonunda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürüc
3 iyulQobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya
6 iyulÖlkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyul