Market işçiləri pomidor qutularını niyə zibil qablarına atıb? - VIDEO
İstanbulun Ataşəhər rayonunda yerləşən bir supermarketdə qutularla pomidorun zibilə atılması görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Yenisahra məhəlləsindəki mağazanın işçiləri çoxlu miqdarda pomidoru ard-arda zibil qutularına boşaldıb. Həmin anlar bir vətəndaşın mobil telefonu ilə lentə alınıb. Görüntülərdə ərazidə olan bir şəxsin zibilə atılan pomidorları götürməyə çalışdığı da əks olunub.
Sosial şəbəkələrdə yayılan görüntülərin ardından Ticarət Nazirliyinə bağlı İstanbul Ticarət İl Müdürlüğü əməkdaşları mağazada yoxlama həyata keçirib. Yoxlamanın nəticəsində pomidorların satış xüsusiyyətini itirdiyi üçün məhv edildiyi məlum olub.
Nazirlikdən verilən açıqlamada bildirilib:
"İstanbul Ticarət İl Müdürlüğü qruplarımız tərəfindən 26.08.2025 tarixində Ataşəhərdə fəaliyyət göstərən sözügedən marketdə aparılan yoxlamada müəyyən edilib ki, görüntülərdə yer alan məhsullar satışda olan ‘Sousluq, salçalıq pomidor’ məhsuludur. Şirkət qeydlərinin araşdırılması zamanı 22.08.2025 – 26.08.2025 tarixləri arasında ümumilikdə 20 min 897 kq pomidorun mağazaya daxil olduğu, onlardan 1 min 700 kq-lıq hissəsinin satış keyfiyyətini itirdiyi üçün şirkət tərəfindən məhv edildiyi müəyyən edilib. İmha prosesinə dair akt və qaimələr yoxlama qrupumuza təqdim olunub. Ticarət Nazirliyi olaraq istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə yoxlamaları fasiləsiz davam etdirəcəyimizi, hər hansı qanunsuz və ədalətsiz ticarət fəaliyyətinə yol verilməyəcəyini ictimaiyyətin diqqətinə çatdırırıq"
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2095 Tarix: 27 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabr