"Azərbaycanın üstünlüyü indi yalnız hərbi qələbədə deyil, həm də sülhün təminatçısı rolunu üzərinə götürməsindədir" - DEPUTAT

"Azərbaycanın üstünlüyü indi yalnız hərbi qələbədə deyil, həm də sülhün təminatçısı rolunu üzərinə götürməsindədir" - DEPUTAT"Avqustun 8-də Vaşinqtonda imzalanan tarixi sənəd regionda sülhün başlanğıcını rəsmiləşdirdi. Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanan sənəd təkcə iki ölkə arasında sülhü deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda yeni imkanların açılmasının əsasını qoyur. Azərbaycan sülh təşəbbüsləri ilə çıxış edərək qarşı tərəfi sülhə məcbur etdi".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Zəngəzur Dəhlizi, Azərbaycan üçün sadəcə bir nəqliyyat layihəsi deyil, həm də tarixi, iqtisadi və siyasi baxımdan mühüm strateji məsələdir:

"Ermənistanla birbaşa dialoqun əsasında avqustun 8-də paraflanan sənəd Azərbaycanın təklif etdiyi prinsiplər əsasında dövlətlərarası münasibətlərin gələcək çərçivəsini müəyyənləşdirdi. Ən mühüm məqamlardan biri isə artıq 30 ilə yaxındır fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun ləğv olunması oldu. Prezident İlham Əliyevin sözlərinə görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı halda bu qurumun mövcudluğu absurddur və onun hüquqi varlığına son qoyulması yeni reallıqların təsdiqidir.
Sazişin rəsmən imzalanması qarşısındakı yeganə maneə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın hələ də qüvvədə qalmasıdır. Bu dəyişiklik baş verdikdən sonra sülh müqaviləsi imzalanacaq. Əks halda, yəni bu, edilməsə, verilən sözlərə əməl olunmasa, Ermənistan beynəlxalq arenada etibarsız tərəfdaş kimi qəbul olunacaq. Çünki bu sənəd yalnız ABŞ deyil, Avropa İttifaqı, Türkiyə, ərəb ölkələri və digər beynəlxalq tərəfdaşlar tərəfindən də dəstəklənmişdir.
Zəngəzur Dəhlizi, Azərbaycan üçün sadəcə bir nəqliyyat layihəsi deyil, həm də tarixi, iqtisadi və siyasi baxımdan mühüm strateji məsələdir. Bu dəhliz Azərbaycanın təşəbbüsü ilə beynəlxalq gündəmə daxil edilib və artıq dünya səviyyəsində qəbul olunur. Birgə Bəyannaməyə əsasən, bu dəhliz Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin yaradacaqdır. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ermənistan üzərinə bu bağlantını təmin etmək öhdəliyi götürmüşdür. Lakin son dörd ildən çoxdur ki, Ermənistan müxtəlif bəhanələrlə bu prosesi ləngidirdi və qeyri-konstruktiv mövqe sərgiləyirdi. Hazırda isə, razılaşmaya əsasən, ABŞ Zəngəzur dəhlizinin fəaliyyətinin zəmanətində rol oynayacaq, bu, Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı olacaq. Cənab Trampın şəxsən bu rolu öz üzərinə götürməsi, Vaşinqtonun təhlükəsiz və açıq nəqliyyat əlaqələrini dəstəkləməyə hazır olması, regionun sabitləşməsinə, yeni geosiyasi və geoiqtisadi reallıqların gəlməsi deməkdir.
Prezident İlham Əliyev öz müsahibəsində Xocalı soyqırımını, etnik təmizləməni və minlərlə itkinimizin taleyini yada salaraq, Azərbaycanın tarixi ədaləti bərpa etdiyini vurğuladı. Azərbaycanın üstünlüyü indi yalnız hərbi qələbədə deyil, həm də sülhün təminatçısı rolunu üzərinə götürməsindədir.
Vaşinqton sənədi regionun gələcəyini müəyyənləşdirən yeni mərhələ açmış oldu. Bu sənəd Azərbaycanın tam qələbəsini, ədalətin bərpasını və gələcək sülhün əsaslarını təsdiqləyir. Artıq dünya birliyi Azərbaycanın haqq işini tanıyır və regionda sülhün əsas təminatçısı kimi qəbul edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 682   Tarix: 28 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr