"Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağı İrəvan üçün "nəfəs yastığı" hesab edir" - AÇIQLAMA
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
İki ölkə rəhbərinin görüşü Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində baş tutub.
Görüşün təfərrüatı hələlik açıqlanmayıb.
"Ərdoğan–Paşinyan görüşünün Tiencində, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti fonunda baş tutması təsadüfi deyil. Türkiyə həm regionun əsas güc mərkəzi, həm də Ermənistan üçün real təhlükəsizlik və iqtisadi alternativdir. Ankara uzun müddətdir İrəvana mesaj verir ki, Cənubi Qafqazda sabitliyin açarı Qarabağ məsələsinin tam həllindən və Azərbaycanın suverenliyinin tanınmasından keçir"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Paşinyan isə Qərbə yaxınlaşmaq xəttini davam etdirsə də, Türkiyə ilə münasibətləri normallaşdırmağı İrəvan üçün "nəfəs yastığı" hesab edir. Ermənistanın iqtisadi çıxış yolları məhduddur və Türkiyə bazarı ilə sərhədlərin açılması ölkə üçün ciddi imkanlar yarada bilər. Ancaq bu prosesdə əsas şərt Azərbaycanın maraqlarının nəzərə alınmasıdır.
Görüşün təfərrüatının açıqlanmaması göstərir ki, hələlik tərəflər ictimaiyyət qarşısında radikal mövqelərdən yayınmaq istəyirlər. Ərdoğan diplomatiyada nəticə yönümlü yanaşmaya üstünlük verir və o, bu məsələni Bakının maraqlarını əsas götürərək dəyərləndirəcək. Paşinyan isə daxildəki müxalifət təzyiqlərinə baxmayaraq, regionda yeni reallığı qəbul etməyə məcburdur.
Nəticə olaraq, Tiencin görüşü Cənubi Qafqazda yeni danışıqlar mərhələsinin başlanğıcı ola bilər. Əgər Ermənistan real addımlar atarsa, bu dialoq həm Ankaraya, həm Bakıya, həm də ümumilikdə regiona fayda gətirəcək. Amma Paşinyanın tərəddüdləri davam edərsə, görüş sadəcə simvolik xarakter daşıyacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO