"Bu səfər Azərbaycan–Çin münasibətlərinə yeni nəfəs verəcək" - DEPUTAT
"Cənab Prezident İlham Əliyevin Çinə rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından, eyni zamanda regional və qlobal əməkdaşlıq formatları üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Çin uzun illərdir ki, qarşılıqlı etimad və strateji maraqlar əsasında əməkdaşlıq edirlər. Bu səfər, şübhəsiz ki, həmin münasibətlərə yeni bir dinamika qazandıracaq".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, bu səfər siyasi müstəvidə Azərbaycan–Çin dostluğunun və bir-birinin suverenliyinə hörmət prinsipinin daha da möhkəmlənməsinə xidmət edir:
"Çin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, Azərbaycan da eyni qaydada Çinin Tayvan, Sincan - Uyğur, Honkonq kimi məsələlərdə sərgilədiyi mövqeyə hörmətlə yanaşıb. Bu amil gələcək əməkdaşlığın sabit əsasını təşkil edir.
Təbii ki, iqtisadi-ticari sferadakı əlaqələr Pekin-Bakı münasibətlərinin əsas xəttini təşkil edir. Çin yüksək istehsal potensialını Azərbaycanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-kommunikasiya infrastrukturuna transformasiya etməklə daha tez və daha sərfəli şərtlərlə Avropa bazarında genişlənməyi hədəfləyir.
Bu kontekstdə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit və logistika imkanları Çinin Avropaya çıxışında mühüm rol oynayır. Xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı müsbət dinamika şaxələndirilmiş nəqliyyat qovşağını şərtləndirir. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan artıq regionun nəqliyyat və enerji mərkəzinə çevrilib. Bu səfər çərçivəsində razılaşmalar ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, Çinə də strateji üstünlüklər qazandıracaq.
Humanitar müstəvidə isə, təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində əməkdaşlıq yeni körpülər yaradacaq. İki xalq arasında qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq gələcək nəsillərin dostluq ruhunda yetişməsinə böyük töhfə verəcək.
Ümumilikdə, bu səfər Azərbaycan–Çin münasibətlərinə yeni nəfəs verəcək, iki ölkəni strateji tərəfdaşlıqdan çoxşaxəli əməkdaşlıq səviyyəsinə yüksəldəcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO