"Prezident İlham Əliyevin Pekin səfəri tarixi yaddaş və dostluq mesajı verdi" - DEPUTAT

"Prezident İlham Əliyevin Pekin səfəri tarixi yaddaş və dostluq mesajı verdi" - DEPUTAT"2025-ci il sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqavimətinin və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş möhtəşəm parad təşkil olunub. Bu əlamətdar tədbir təkcə Çin üçün deyil, həm də bütün dünya üçün tarixi əhəmiyyət daşıyır. Çünki müharibədə qazanılmış qələbə xalqların azadlıq və sülh uğrunda mübarizəsinin nəticəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çin hökumətinin rəsmi dəvəti ilə paradda iştirak ediblər. Onlar Pekinin simvollarından biri olan və böyük tarixi hadisələrin şahidi kimi tanınan Tiananmen Meydanına gələrək tədbiri izləyiblər. Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı səmimi qarşılayıblar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, bu qarşılanma iki ölkə arasındakı mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini bir daha nümayiş etdirib:

"Pekində keçirilən parad həm Çinin, həm də bütün bəşəriyyətin tarixində mühüm yer tutur. İkinci Dünya müharibəsi dövründə Çin xalqı yapon işğalına qarşı qəhrəmanlıqla mübarizə aparmış, böyük itkilərə baxmayaraq, müstəqilliyini və azadlığını qorumuşdur. Çin xalqının bu mübarizəsi dünya faşizminin məğlubiyyətində həlledici rol oynayan amillərdən biri olmuşdur. Azərbaycan xalqı da İkinci Dünya müharibəsində böyük fədakarlıqlar göstərmiş, yüz minlərlə oğul və qızımız cəbhələrdə döyüşmüş, on minlərlə vətəndaşımız həyatını qurban vermişdir. Azərbaycan neftinin müharibədə oynadığı strateji rol isə qələbənin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etmişdir. Bu baxımdan Azərbaycan nümayəndə heyətinin Pekindəki yubiley tədbirində iştirakı xalqlarımızın ortaq tarixi yaddaşına verilən dəyərin ifadəsidir. Prezident İlham Əliyevin Pekində keçirilən paradda iştirakı eyni zamanda Azərbaycan–Çin münasibətlərinin yüksək səviyyəsini təsdiq edən siyasi hadisədir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı etimada, hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidentinə göstərdiyi xüsusi diqqət iki ölkə rəhbərləri arasında möhkəm şəxsi dostluğun və siyasi etimadın təzahürüdür. Bu, həm də gələcəkdə iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır. Pekində keçirilmiş hərbi parad yalnız Çinin gücünü və hərbi potensialını nümayiş etdirmək məqsədi daşımır, həm də beynəlxalq ictimaiyyətə sülh və təhlükəsizlik çağırışı kimi qəbul olunur. Burada iştirak edən dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, xalqların sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında birləşməsinin vacibliyini bir daha təsdiqləyiblər. Azərbaycan hər zaman beynəlxalq arenada sülhün və təhlükəsizliyin tərəfdarı olmuş, münaqişələrin həllində beynəlxalq hüquq normalarının üstünlüyünü müdafiə etmişdir. Prezident İlham Əliyevin Pekində keçirilən tədbirdə iştirakı ölkəmizin bu prinsiplərə sadiqliyinin göstəricisidir. Beləliklə, sentyabrın 3-də Pekində keçirilən möhtəşəm hərbi parad həm tarixi yaddaşın qorunması, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tədbirdə iştirakı Azərbaycan–Çin strateji tərəfdaşlığının möhkəmləndirilməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin daha da güclənməsinə xidmət edir. Bu iştirak həmçinin Azərbaycan xalqının sülh, azadlıq və beynəlxalq ədalət prinsiplərinə sadiqliyinin rəmzi kimi qiymətləndirilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1461   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr