Gediş haqqı məsafəyə görə ödəniləcək?

Gediş haqqı məsafəyə görə ödəniləcək?"Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: "Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır".

Bu açıqlamalar fonunda ictimai nəqliyyatda tarif modellərinin dəyişməsi, sosial güzəştlərin tətbiqi və beynəlxalq təcrübənin ölkəmizdə necə uyğunlaşdırıla biləcəyi məsələlərini nəqliyyat üzrə ekspertlərlə müzakirə etdik.

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu, differensiallaşdırılmış tarif sistemidir və ictimai nəqliyyatın qiyməti müxtəlif amillər əsasında müəyyən olunur: "Məsələn, məsafəyə, gündəlik vaxt aralığına, nəqliyyat növünə və sərnişin kateqoriyasına görə fərqlənə bilər. Yaşlı insanlar, uşaqlar, təqaüdçülər, tələbələr kimi qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Belə differensiallaşdırılmış tariflər hər bir şəhərin iqtisadi vəziyyəti və əhalinin sosial durumunun öyrənilməsindən sonra müəyyən edilir. Bu, dünya təcrübəsində geniş yayılmış normal bir praktikadır. Xüsusilə, dövlətin sosial yönümlü siyasətinə dəstək olaraq həssas qruplar üçün güzəştlərin tətbiqi həm sosial ədalətin təminatına, həm də ictimai nəqliyyatın əlçatanlığına töhfə verir".

Mütəxəssis vurğulayır ki, yaxın gələcəkdə differensiallaşdırılmış tarif sistemi təkcə metroda deyil, ictimai nəqliyyatın digər seqmentlərində də geniş tətbiq edilə bilər: "Məsələn, aylıq kartlardan əsasən həmin şəhərdə yaşayan sakinlərin istifadə etməsi məqsədəuyğun olar. Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir və bu, uzunmüddətli istifadə üçün daha sərfəlidir. Digər tərəfdən, birdəfəlik və ya gündəlik kartlar, həmçinin məsafəyə əsaslanan tariflər isə əsasən şəhərə qonaq gələn turistlər üçün nəzərdə tutulur. Bu sistem, sərnişinlər üçün müxtəlif seçim imkanları yaradır və müxtəlif ehtiyaclara uyğunlaşır. Məsələn, Böyük Britaniya, Londonda ictimai nəqliyyat tarifləri differensiallaşdırılıb. Burada sutkanın saatlarına, getdiyin əraziyə və zonalara görə qiymətlər dəyişir. Hətta hazırda bizdə də bəzi tariflər differensiallaşdırılmış formada tətbiq olunur və bu tendensiyanın genişlənməsi gözlənilir".

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri isə "Brutto müqavilə"lərə keçiddir: "Hazırda bu model bir sıra qonşu ölkələrdə artıq tətbiq olunur. Dünyanın bir çox böyük şəhərlərində isə uzun illərdir ki, uğurla istifadə edilir. "Brutto" modelinin əsas xüsusiyyəti hər kilometrə görə dövlət subsidiyasının ayrılmasıdır. Bu, həm avtobus, həm də metro seqmentində tətbiq oluna bilər və nəticə etibarilə bir çox vacib məsələlərin həllinə imkan yaradır. Bununla gündəlik, həftəlik, aylıq, üç, altı və 12 aylıq abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər və Vətən müharibəsi iştirakçıları üçün güzəştli və ya pulsuz keçidlər, müxtəlif nəqliyyat növləri arasında müəyyən vaxt aralığında pulsuz keçid sistemləri tətbiq oluna bilər. Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə baxımından qənaəti təmin edir. Eyni zamanda, sərnişin axınının daha optimal şəkildə bölüşdürülməsinə və nəqliyyat sisteminin ümumi effektivliyinin artmasına şərait yaradır. İlkin mərhələdə brutto müqavilələrə keçid vacibdir ki, ictimai nəqliyyatda fəaliyyət göstərən şirkətlərin maliyyə dayanıqlılığı təmin olunsun. Bu model daşıyıcılara sabit gəlir imkanı yaradır və xidmət keyfiyyətinin yüksəldilməsi üçün motivasiya verir".

Mütəxəssis vurğulayır ki, hazırda metroda irimiqyaslı layihələr həyata keçirilir: "Gələn ilin əvvəlindən 28 May – Cəfər Cabbarlı xətlərinin ayrılması layihəsinə start veriləcək. Bu layihənin il ərzində icrası planlaşdırılır və nəticədə metronun üç əsas xətti müstəqil şəkildə, daha qısa intervallarla fəaliyyət göstərə biləcək. Bununla yanaşı, gələn ilin sonuna qədər yeni metro xətlərinin və stansiyalarının tikintisinə də başlanması gözlənilir. Layihələrin icrası 2030-cu ilə qədər nəzərdə tutulub. Tətbiq olunduqdan sonra metronun sərnişin tutumu əhəmiyyətli dərəcədə artacaq. Çünki metro yeraltı ayrıca hərəkət zolağına malik olduğundan, digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli və maneəsiz xidmət göstərir. Bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi yeni tarif modellərinə və "Brutto müqavilə"lərə keçidi zəruri edir. Bu modeldə bir tərəfdən vətəndaş ödəniş edir, digər tərəfdən isə əməliyyat xərclərinin böyük hissəsi dövlət tərəfindən subsidiya edilir. Nəticədə isə sistem daha dayanıqlı və effektiv şəkildə fəaliyyət göstərir". ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5270   Tarix: 06 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir şöbə müdiri təyin etdi

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita

12 sentyabr
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11 sentyabr
.

Qarabağda yeni reallıq: Azərbaycan diplomatik korpusa cavabı sözlə yox, faktlarla verir

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur siyasətində daha bir mühüm diplomatik mərhələ başlayıb. Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomati

12 sentyabr
.

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA

İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs

12 sentyabr
.

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz

13 sentyabr
.

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı

12 sentyabr
.

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ

13 sentyabr
.

Sosial müavinətlərlə bağlı AÇIQLAMA

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər

13 sentyabr
.

Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri

13 sentyabr