Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdən yenidən...

Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdən yenidən...Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz yüksəlib. Əməkhaqqındakı bu artım təkcə maaşların yüksəlməsi ilə məhdudlaşmır. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksləşdirilir. Yəni, əvvəlki ildə maaşların orta artım faizi nə qədərdirsə, növbəti ildə pensiyaların məbləği də həmin göstəriciyə əsasən artırılır.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iqtisadi artım tempi stabil olaraq davam edir:

"Bu ilin birinci yarısı üçün 9,4% orta aylıq əmək haqqı artıb və hazırda respublika üzrə orta aylıq əmək haqqı 1097 manat təşkil edir. Eyni zamanda, bu ilin birinci yarısında orta aylıq pensiyanın da məbləği təxminən 9,5% artıb. Hazırda pensiyanın orta aylıq məbləği 538 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 574 manata yüksəlib".

Komitə sədri hesab edir ki, bu temp ilin sonuna qədər davam edəcək və bir qədər də yüksələcək: "Bunları nəzərə alaraq söyləyə bilərik ki, gələn il pensiyaların orta aylıq məbləğinin sığorta hissəsi minimum 10% yüksələcək və daha çox ola bilər".

M.Quliyev vurğulayıb ki, hər şey bundan sonrakı dövrdə iqtisadi artımdan asılı olacaq: "Amma güman edirik ki, ölkəmizdə hər şey stabil gedir və ilin sonuna da bu artım tempi davam edər, 10%-ə çatar və gələn ildən pensiyaların sığorta hissəsi 10% arta bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 13323   Tarix: 06 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr