"Bu gün Azərbaycan tədricən biruşaqlı ailə mərhələsinə qədəm qoyur" - DEPUTAT

"Bu gün Azərbaycan tədricən biruşaqlı ailə mərhələsinə qədəm qoyur" - DEPUTAT"Bəşəriyyətin qarşılaşdığı ciddi problemlərdən biri demoqrafiya ilə bağlıdır. Hazırda bu məsələ Azərbaycan üçün də aktualdır. 2018-ci ildə ölkə əhalisinin sayı 10 milyonu keçib. Əhali artımı yalnız doğuş sayının ölüm sayını üstələməsi ilə təmin edilir. Xarici miqrasiyanın isə əhalinin sayına təsiri çox azdır. Demoqrafik problemlərin yaranması, ilk növbədə, müasir dövrdə yaranmış sosial-mədəni və iqtisadi vəziyyət, mənzil təminatında olan çətinliklər, qadınların geniş şəkildə istehsal və xidmət sahələrində işə cəlb edilməsi, ailələrin və uşaqların sosial müdafiəsi kimi amillərlə əlaqədardır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

O, açıqlamasında qeyd edib ki, əhalinin sayının artması üçün hər ailədə 3 uşaq olmalıdır:

"İndi uşaq dünyaya gətirən ailə onun maksimum səviyyədə təhsilini, əyləncəsini, rifah səviyyəsini düşünür. Amma 60–70-ci illərdə belə deyildi. Ona görə də indi hər bir ananın dünyaya uşaq gətirmə statistikası aşağıdır. Əvvəllər insanlar düşünmürdülər ki, uşaqların hamısı ali təhsil almalıdır və valideyn buna dəstək olmalıdır. Yüksək səviyyədə geyinib-keçinməli, əylənməlidir. Bu məsələyə baxış fərqli idi. Aza qane olurdular. İndi isə elə deyil. Buna görə də ailələr az uşaqla da kifayətlənirlər.

Əsas səbəblərdən biri də yeni ailə quranların sayının kəskin azalması, boşanmaların artması və evlənmələrin yarıya qədər düşməsidir. Bu gün Azərbaycan tədricən biruşaqlı ailə mərhələsinə qədəm qoyur. Əhalinin sayının artması üçün isə hər ailədə 3 uşaq olmalıdır. Mənfi tendensiya yeni tədris ilində 1-ci sinfə gedən şagirdlərin sayında da özünü göstərir.

Xüsusən, iqtisadi baxımdan aztəminatlılıq, əhalinin böyük qisminin şəhərlərə axını və buradakı tələbatın kəndə nisbətən yüksək olması, qadınların karyera marağı da vəziyyətə ciddi təsir edir. Bir sıra ölkələr, xüsusilə Avropa ölkələri, demoqrafik problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları hazırlayırlar. Bu proqramlarda bir çox nüanslar nəzərə alınır: yeni doğulan uşağa yardım, uşaq dünyaya gətirən qadına güzəştlərin tətbiqi. Düşünürəm ki, bu modeli ölkəmizdə də tətbiq etmək olar. Eyni zamanda, gənc ailələr üçün mənzil proqramlarının genişləndirilməsi yaxşı olar. Xüsusilə dövlət dəstəyi ilə sosial ipotekaların verilməsi şərtləri daha asan və əlçatan olmalıdır".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.
"Bu gün Azərbaycan tədricən biruşaqlı ailə mərhələsinə qədəm qoyur" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 998   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI

Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista

4 sentyabr
.

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:

11 sentyabr
.

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib. Sonxeber AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyin

3 sentyabr
.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video

Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün

13 sentyabr
.

Prezident Qaradağda açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior

10 sentyabr
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

4 sentyabr
.

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərdi

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Emoməli Şərifoviç,. Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımda

9 sentyabr
.

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edildi - SƏRƏNCAM

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub

7 sentyabr
.

Prezident həmkarını təbrik etdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovaya təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızd

8 sentyabr