"Cənubi Qafqazda hər hansı infrastruktur layihəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həyata keçirilməlidir" - DEPUTAT
"Ermənistanın Baş naziri Nikol Paşinyanın "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı açıqlamaları daxili auditoriyaya hesablanmış çıxışdır. Baş nazir bununla radikal müxalifətin sülh gündəliyi üzərindən manipulyasiya etmək cəhdlərini minimallaşdırmağa çalışır. Artıq hər kəs Cənubi Qafqazın siyasi-iqtisadi gündəminin Azərbaycan yaratdığı yeni geosiyasi reallıqlar fonunda formalaşdığını qəbul edir. Avqustun 8 - də Vaşinqtonda keçirilən üçtərəfli görüş üçündə zəmini məhz ölkəmiz yaratmışdı. Bu baxımından Nikol Paşinyanın daxili auditoriyaya hesablanmış çıxış etsə belə, unutmamalıdır ki, Cənubi Qafqazda hər hansı yeni logistika və nəqliyyat marşrutunun reallaşması yalnız Azərbaycanın maraqları kontekstində reallaşa bilər".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Cənubi Qafqazda hər hansı infrastruktur layihəsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və milli maraqlarına hörmət çərçivəsində həyata keçirilməlidir:
"Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ölkəmizin strateji hədəflərindən biridir və bu marşrutun açılması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Ermənistan tərəfi də tez bir zamanda zəruri infrastruktur təkmilləşdirilmələrini etməli və onlar üçün yaranmış tarixi fürsəti düzgün qiymətləndirməlidir.
Azərbaycanın mövqeyi aydındır. Cənubi Qafqazda hər hansı infrastruktur layihəsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və milli maraqlarına hörmət çərçivəsində həyata keçirilməlidir. İstənilən alternativ layihələr də yalnız region dövlətlərinin iştirakı və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğur qazana bilər. Ermənistan daxilində mövcud razılaşmalara əks mövqe sərgiləyənlər anlamalıdır ki, xarici havadarların siyasi gündəmlərinə söykənən yarımçıq təşəbbüslər regionda davamlı sülh və əməkdaşlıq yaratmayacaq.
Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyur və regionun iqtisadi inteqrasiyası naminə bütün real təşəbbüsləri dəstəkləməyə hazırdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO