Şimşək çaxacaq, yağış yağacaq - İlk dərs gününün HAVA PROQNOZU
Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18°, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19°, gündüz 21-26°, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacaq.
Qeyd edək ki, sabah ölkəmizdə ilk dərs günüdür.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1549 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda PARTLAYIŞ baş verib, yaralılar var
Bakıda partlayış baş verib. -ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Ərazidə yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən obyektlərdən birində qəfil partlayış olub. Hadisə nəticəsində yaralıların olduğu deyilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini
12 iyulMetroda qadına qarşı əxlaqsız hərəkət iddiası! - VİDEO
İstanbul metrosunda baş verdiyi bildirilən xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. xarici mediaya istinadla xəbər verir ki, Maltepe stansiyası yaxınlığında bir kişi sərnişin vaqonda qarşısında əyləşən qadına yönələrək əxlaqsız hərəkətlər edib. Məlumata əsasən, ağ köynək və qara şalva
10 iyulTərk edilmiş evdə qadın meyiti tapıldı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Kartal rayonunda tərk edilmiş bir gecəqonduda kimliyi müəyyən edilməyən qadın meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Cevizli məhəlləsində baş verib. Məlumata görə, küçədən keçən şəxslər bir mərtəbəli boş evin içində hərəkətsi
7 iyulAtasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub. O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə ya
10 iyul"Gözümə gün düşdü" - Aşan avtobusun sürücüsü DANIŞDI+VİDEO
Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb. "Qafqazinfo" xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb. O, qəza anını belə təsvir edib:. "Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözüm
12 iyulKuryer şirkətinin avtomobilini yandırmağa cəhd edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin Aksaray şəhərində evinin qarşısında avtomobil park edilməsinə etiraz edən 35 yaşlı şəxs kuryer şirkətinə məxsus yük avtomobilinin təkərlərini kəsərək onu yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, Selçuk bulvarında yaşayan Şaban A. daha əvvəl yük avtomobilinin sürücüs
8 iyul