Ailəsini öldürməkdə ittiham olunan həkim həbsxanada intihara cəhd etdi
Samsunun Bafra rayonunda həkim Serdar Kıyakın sürdüyü avtomobil 12 sentyabrda Kızılırmak çayına aşıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki,, qəza nəticəsində onun həyat yoldaşı Gülşah Karaman Kıyak və övladı Alperen suda boğularaq həyatını itirib. Avtomobildən çıxmağı bacaran Serdar Kıyak isə yaralı halda xilas edilib.
Hadisə ilə bağlı aparılan istintaq zamanı Gülşah Karaman Kıyakın faciədən az əvvəl ailəsinə telefonla "Məni hədələyir" mesajı göndərdiyi üzə çıxıb. Bu faktlardan sonra Serdar Kıyak "həyat yoldaşını və övladını qabaqcadan plan quraraq qəsdən öldürmə" ittihamı ilə həbs edilib.
Son məlumata görə, Dr. Serdar Kıyak saxlandığı Bafra Qapalı Həbsxanasında özünü asmaqla intihara cəhd edib. Vaxtında müdaxilə edən nəzarətçilər onun həyatını xilas ediblər. Kıyak təcili yardım maşını ilə Bafra Dövlət Xəstəxanasına aparılıb, ilkin tibbi yardımdan sonra isə psixiatriya müayinəsinə göndərilib. Daha sonra təhlükəsizlik məqsədilə Samsun Ruh Sağlığı və Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.
Hadisə Türkiyədə geniş rezonans doğurub. Sosial mediada minlərlə insan ailəsini qətlə yetirməkdə ittiham olunan Kıyaka sərt reaksiyalar göstərib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1158 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabr