Əyləncə məkanında dəhşət: Əvvəlcə keçmiş sevgilisini, sonra özünü öldürdü - VİDEO
İzmirin Urla rayonunda dəhşətli hadisə baş verib. Əyləncə məkanında keçmiş sevgilisi tərəfindən güllələnən qadın həyatını itirib, daha 2 nəfər isə yaralanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisədən sonra qaçan şübhəli evində ölü halda tapılıb. Cinayət anının təhlükəsizlik kamerası görüntüləri də üzə çıxıb.
İddialara görə, Ramazan Ümit Görgülü (34) keçmiş sevgilisi Selin Angunun (33) olduğu əyləncə məkanına gələrək üzərində gətirdiyi silahla atəş açıb. Onun güllələri Selin Angundan başqa, yanında olan Ü.A. (23) və D.T.-yə (27) də dəyib.
Hadisə yerindən qaçan şübhəli ilə bağlı əraziyə polis, təcili yardım və xilasetmə cəlb olunub. Yaralılar təcili tibbi yardım maşını ilə Urla Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Selin Angunun həyatını xilas etmək mümkün olmayıb.
Polisin araşdırması nəticəsində hadisənin törədicisinin Ramazan Ümit Görgülü olduğu müəyyənləşdirilib. Onun ünvanına keçirilən əməliyyat zamanı şübhəli döş qəfəsindən güllə yarası almış halda ölü tapılıb.
Cinayətlə bağlı araşdırma davam edir. Təhlükəsizlik kamerasına düşən görüntülərdə Görgülünün əlində silahla əyləncə məkanına yaxınlaşaraq əvvəlcə qapıdakı şəxslərə, daha sonra keçmiş sevgilisi Selin Anguna atəş açdığı, sonra isə qaçaraq uzaqlaşdığı əks olunub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1048 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabr