Gənc qızın boğazını kəsən cani Özbəkistanda saxlanılıdı
İstanbulun Aksaray rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sentyabrın 21-də gecə saatlarında əcnəbi Züleyha E.-dən uzun müddət xəbər ala bilməyən qonşular vəziyyəti ev sahibinə bildiriblər. Çilingər köməyi ilə qapı açıldıqdan sonra ev sahibi gənc qadını yataq otağında hərəkətsiz halda tapıb. Hadisə yerinə gələn polis və təcili yardım əməkdaşları onun boğazı kəsilərək qətlə yetirildiyini müəyyən ediblər. Mərhumun meyiti tibbi ekspertiza üçün Məhkəmə-Tibb İnstitutuna göndərilib.
Aparılan araşdırmalar nəticəsində öldürülən qadının Özbəkistan vətəndaşı Xolimaxon Odılovna Axmadova olduğu üzə çıxıb. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran polis, şübhəlinin 17 sentyabrda Axmadova ilə birlikdə mənzilə girdiyini, bir gün sonra isə evi tək başına tərk etdiyini müəyyən edib. Daha sonra şübhəlinin hadisədən sonra ölkəsinə – Özbəkistana qaçdığı məlum olub.
İstanbul Polisi konsulluq vasitəsilə Özbəkistan hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Aparılan birgə əməliyyat nəticəsində şübhəli şəxs – Akmaljon Rustamoviç S. Özbəkistanda yaxalanıb. Onun üzərindən iki mobil telefon götürülüb, onlardan birinin qətlə yetirilən qadına məxsus olduğu müəyyən edilib.
Saxlanılan şəxs dindirmə zamanı cinayəti törətdiyini etiraf edib. İfadəsində qadını sevdiyini, lakin onun tərəfindən aldadıldığını, şantaj yolu ilə pul tələb olunduğunu iddia edib. O, hadisə zamanı hər ikisinin spirtli içki qəbul etdiyini də bildirib. Hazırda şübhəlinin Özbəkistanda istintaqı davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1000 Tarix: 29 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr