Ramiz Quliyevin vəziyyəti pisləşib - Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdü

Ramiz Quliyevin vəziyyəti pisləşib - Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdüXalq artisti, məşhur tarzən Ramiz Quliyev səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Bu barədə "Qafqazinfo"ya onun oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.

O bildirib ki, Ramiz Quliyev hazırda reanimasiya şöbəsindədir. Birinci-vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Ramiz Quliyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:

"Ramiz müəllim haradasa bir il əvvəl böyrəkləri ilə bağlı problem yaşadı. Biz həkimləri ilə danışırdıq, müəyyən müalicə tədbirləri görürdük. Amma bir neçə gün bundan əvvəl halı həqiqətən ağırlaşdı və kritik bir vəziyyətə çatdı. Mən tanıdığım həkimlərlə məsləhətləşdim və onlar bildirdilər ki, Ramiz müəllimi təcili xəstəxanaya yerləşdirmək lazımdır və nəzarətə götürülməlidir. Vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fondunun rəhbərliyinə müraciət etdim. Sağ olsunlar, ən yüksək səviyyədə bizə dəstək oldular. Sentyabrın 23-ü müraciət etdim və artıq bir neçə saat ərzində o dəstəyi hiss etdim. Prezidentin köməkçisi Anar Ələkbərov dərhal zəng etdi və hər şeyi detalları ilə məndən soruşdu. Bütün məlumatları ona verdikdən sonra qərar verildi ki, dərhal xəstəxanaya yerləşdirilsin. Hətta bizə xəstəxana seçimində də şərait yaratdılar. Dərhal təcili yardım maşını gəldi və onu xəstəxanaya yerləşdirdilər. Çünki hər dəqiqə, hər saniyə çox dəyərli idi. Həm onun üçün, həm də bizim üçün çox gərgin, həyəcanlı anlar idi".

Ə.Quliyev qeyd edib ki, sənətkar xəstəxanaya yerləşdirildiyi gün Anar Ələkbərov və mədəniyyət naziri Adil Kərimli ona baş çəkiblər:

"Bizim üçün bu, çox dəyərli idi. Onlar həkimlərlə söhbət etdilər və vəziyyəti tam öyrəndilər. Bildirdilər ki, Ramiz müəllimin vəziyyəti ilə bağlı bütün məsələlər dövlətimizin nəzarəti altındadır. Bu işdə tələb olunan nə lazımdırsa, ən yüksək səviyyədə həyata keçiriləcək. Mən fürsətdən istifadə edib həm öz, həm də ailəmiz adından ilk növbədə dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Daim bizə dəstək olurlar, bizi tək buraxmırlar. Artıq bir neçə gün keçməsinə baxmayaraq, məndə olan məlumata görə, Anar Ələkbərov hər gün xəstəxana ilə əlaqədədir. Mənimlə də daim əlaqə saxlayırlar".

O əlavə edib ki, hazırda atası Dövlət Gömrük Hospitalında müalicə alır:

"Səhhətindəki əsas problem böyrəklərlə bağlıdır. Xəstəxanaya yerləşdirildiyi ilk gündən həm müayinə, həm də müalicə olundu. Həkimlərin konsiliumunun nəticəsində qərara aldılar ki, dializ olmalıdır. Həmçinin, Ramiz müəllimin digər xroniki xəstəlikləri də var ki, onlar da nəzarətdə saxlanılır. Bir az ağciyərlə bağlı da narahatlıq var və müalicə prosedurları gedir. Bizə də şərait yaradırlar ki, onu görə bilək. Şükürlər olsun ki, müsbətə doğru dəyişiklik var, sağlamlığı bərpa olunmaq üzrədir. Hər şey nəzarətdədir, daim müayinələr keçirilir. Onu evdə gözləyirik. Vaxtında Heydər Əliyev Fondunun bu dəstəyi olmasaydı, bəlkə də biz onu itirmişdik. Demək olar ki, onu ölümdən qaytardılar".

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti fəxri adını alıb. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.

Ramiz Quliyevin vəziyyəti pisləşib - Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdüRamiz Quliyevin vəziyyəti pisləşib - Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdüRamiz Quliyevin vəziyyəti pisləşib - Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdü


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1388   Tarix: 29 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust