"Ahıllar bizdə çox vaxt qocalar günündə yada düşən, amma gündəlik həyatda unudulan sosial qrup rolunu oynayırlar" - AÇIQLAMA
1 oktyabr dünyada Ahıllar Günü kimi qeyd olunur. Bu gün yaşlı nəslin cəmiyyətdəki yeri, onların sosial vəziyyəti və həyat keyfiyyəti barədə düşünmək üçün mühüm fürsətdir. Ahıllar yalnız keçmişin yaddaşı deyil, həm də gələcək nəsillərə dəyərli irs ötürən bir körpüdür. Bəs, Azərbaycanda ahılların sosial vəziyyəti və cəmiyyətdəki rolu barədə hansı müşahidələr var?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanda ahılların sosial vəziyyəti, təəssüf ki, çox zaman "hörmət" sözünün arxasında gizlənmiş passivləşmə formasında müşahidə olunur:
"Cəmiyyət ahıllara formal ehtiram göstərir, amma gündəlik həyat şəraitinə, sosial aktivliyinə və sağlamlıq imkanlarına yetəri qədər diqqət ayırmır. Ahıllar üçün ən vacib resurs onların sosial kapitalıdır. Yaşlandıqca insanlar mal-mülk kimi maddi resurlardan uzaqlaşır və ailəyə, yaxın qohumlara, varsa, yaxın icma şəbəkələrinə üz tutular. Bu bağlar zəiflədikcə, yəni sosial kapitala əlçatanlıq azaldıqca, yaşlı nəsil daha çox sosial izolyasiya və tənha qalma problemi ilə üz-üzə qalır. Düşünürəm ki, cəmiyyətimizdə ahıllar "keçmişin yaddaşı" roluna həddən artıq həbs olunublar. Halbuki "aktiv yaşlanma" konsepti göstərir ki, yaşlılar yalnız xatirə daşıyıcısı deyil, həm də bilik və təcrübənin canlı mənbəyidir. Azərbaycanda isə bu potensialın böyük hissəsi istifadə olunmur. Təcrübə mübadiləsi, könüllü fəaliyyət və ictimai həyatda iştirak imkanları yetərincə geniş deyil.
Nə qədər acı da olsa, ahıllar bizdə çox vaxt qocalar günündə yada düşən, amma gündəlik həyatda unudulan sosial qrup rolunu oynayırlar. Halbuki onların real rifahı və cəmiyyətə inteqrasiyası təmin olunsa, həm sosial həmrəylik möhkəmlənər, həm də gələcək nəsillər yaşlanmaq qorxusunu daha az hiss edərlər. Yaşlanarkən belə aktiv həyata davam edə biləcəklərini görərlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 785 Tarix: 01 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabr