Xarici vətəndaşlara hansı hallarda ölkəmizdə iş icazəsi verilir? - ARAŞDIRMA
Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti ilə bağlı qaydalar qanunvericiliklə dəqiq şəkildə tənzimlənir. Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilən tələblər, həm işəgötürənlərin, həm də əcnəbi işçilərin hüquq və vəzifələrini aydın şəkildə göstərir. Bu qaydaların pozulması isə ciddi maliyyə sanksiyaları ilə nəticələnir.
Bu barədə Sonxeber.az -ın araşdırmasını təqdim edirik:
Miqrasiya qanunvericiliyinə görə:
• Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağı olan şəxslər vətəndaş hesab olunur. Vətəndaşlığı olmayan şəxslərə fərdi icazələr Dövlət Miqrasiya Xidməti tərəfindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla verilir.
• İş icazəsi xarici vətəndaşın konkret sahədə fəaliyyət göstərməsi üçün təqdim edilir. Əcnəbi işçi yalnız bir müəssisədə işləyə bilər.
• İş icazəsinin müddəti bir il təşkil edir və yalnız hər dəfə bir ildən çox olmamaq şərti ilə uzadıla bilər.
Cərimələr və məsuliyyət:
• Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozularaq iş icazəsi olmadan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə:
• Vəzifəli şəxslər 3.000–4.000 manat,
• Hüquqi şəxslər isə 15.000–20.000 manat məbləğində cərimə edilir.
• Əcnəbi və işəgötürən arasında əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Məlumatın vaxtında verilməməsinə görə vəzifəli şəxslərə 300 manat cərimə tətbiq olunur.
Əlavə tələblər:
• Əmək müqaviləsi ləğv edildikdə iş icazəsi də avtomatik qüvvədən düşür.
• Əcnəbi işçinin ölkədə qalması üçün başqa hüquqi əsas yoxdursa, o, 10 iş günü ərzində Azərbaycanı tərk etməlidir.
• Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan digər məsələlər isə Əmək Məcəlləsi ilə tənzimlənir.
Mütəxəssislərin fikrincə, bu qaydaların sərtləşdirilməsi ölkədə əmək bazarının qorunmasına, əcnəbilərin qanunsuz işləməsinin qarşısının alınmasına və işəgötürənlərin məsuliyyətinin artırılmasına xidmət edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA