"12-ci Zirvə Görüşünün məhz Qəbələdə keçirilməsi Azərbaycanın Türk dünyasında strateji birləşdirici rolunun bariz göstəricisidir" - DEPUTAT
"Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türkdilli ölkələr arasında çoxşaxəli əməkdaşlığın yeni mərhələsinə keçidi təmin edən mühüm tarixi hadisədir. İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri və ardıcıl fəaliyyəti Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, təşkilat çərçivəsində əməkdaşlığın strateji səviyyəyə yüksəlməsinə mühüm töhfə vermişdir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında fəal mövqe nümayiş etdirərək ortaq dəyərlərin, siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində aparıcı rol oynamışdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.
O, açıqlamasında qeyd edib ki, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü siyasi dialoqun daha da güclənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və birgə strateji layihələrin həyata keçirilməsinə real təkan verəcəkdir:
"Eyni zamanda, mədəni-humanitar sahədə əlaqələrin genişlənməsi, ortaq tarixi və mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Zirvə həmçinin Türk Dövlətləri Təşkilatının regional sülhə, təhlükəsizliyə və yeni qlobal çağırışlara qarşı ortaq mövqeyinin formalaşmasına mühüm töhfə verir.
Qəbələdə qəbul ediləcək qərarların Türk dünyasının birliyinə, sabitliyinə və qlobal miqyasda nüfuzunun artmasına əhəmiyyətli şəkildə xidmət edəcəyinə inanırıq. 12-ci Zirvə Görüşünün məhz Qəbələdə keçirilməsi Azərbaycanın Türk dünyasında strateji birləşdirici rolunun və regional sabitliyin təmin olunmasında mühüm mövqeyə malik olmasının bariz göstəricisidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2151 Tarix: 07 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi
Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər
4 sentyabr 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans
11 sentyabr 2021İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis
29 avqust 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA
Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri
4 sentyabr 2021Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab
4 sentyabr 2021